MDB Oyunları: Badmintonçumuz finalda

MDB Oyunları: Badmintonçumuz finalda

Kazanda keçirilən MDB Oyunlarında Azərbaycanı təmsil edən badmintonçu Diki Panqestu oğlanların şəxsi yarışında yarımfinalda Rusiya təmsilçisi Georgi Lebedevə 2:1 hesabı ilə qalib gələrək müvafiq kateqoriyada finala yüksəlib.

 
Finalda badmintonçumuz qrup mərhələsində 2:0 hesabı ilə məğlub etdiyi Qazaxıstan idmançısı Dmitri Panarinlə qarşılaşacaq. 

Final oyunu Bakı vaxtı ilə saat 16:00-da başlayacaq və “Matç TV Strana” kanalı ilə canlı yayımlanacaq.

ÖNCEKİ HABER

Paşinyanla Ermənistanın diplomatik korpusu arasında münasibətlər gərgindir

SONRAKİ HABER

Müqavimət Cəbhəsi: “Taliban” Pəncşirdə etnik təmizləmə aparır”