• 19 Eylül 2024 Perşembe

Şəxsi avtomobili ilə qonaq gedən koronavirus xəstəsi SAXLANILDI - FOTO/VİDEO

Şəxsi avtomobili ilə qonaq gedən koronavirus xəstəsi SAXLANILDI - FOTO/VİDEO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Sevil Qayxanovanın COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

Lakin o, qaydaları pozaraq, yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb.

 

Belə ki, həmin şəxs idarə etdiyi “Opel” markalı avtomobillə qohumlarına qonaq gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə evinə geri qaytarılıb.

S.Qayxanova barəsində Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

 

 

 

ÖNCEKİ HABER

“Microsoft”un imzasını almış virus yayılıb

SONRAKİ HABER

Laçında təlimlər: Zakir Həsənov izlədi, tapşırıqlar verdi - FOTO/VİDEO