Prezident Binəli Yıldırımı qəbul etdi

Prezident Binəli Yıldırımı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib.

 

AZƏRTAC xəbər verir ki, görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumunun mühüm məsələləri müzakirə etmək baxımından çox vacib beynəlxalq tədbir olduğu bildirildi, bu forumun yüksək səviyyədə təşkil olunduğu vurğulandı.

 

Qeyd edildi ki, pandemiyaya baxmayaraq, forumda çox sayda nüfuzlu qonağın iştirak etməsi bu tədbirə və Azərbaycana olan marağı göstərir. Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik bildirildi.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

 

 

 

ÖNCEKİ HABER

FHN-in Akademiyasında Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib - FOTO

SONRAKİ HABER

Milli Məclis Amnistiya Aktını qəbul etdi