• 19 Eylül 2024 Perşembe

FHN-in Akademiyasında Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib - FOTO

FHN-in Akademiyasında Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib - FOTO

5 noyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli mərasim keçirilib.

Mərasimdə fövqəladə hallar nazirinin müavinləri – tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general-leytenant Etibar Mirzəyev, Nazirliyin məsul vəzifəli şəxsləri, Akademiyanın müəllim və professor heyəti, Vətən müharibəsində döyüşmüş FHN əməkdaşları, ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rəhbərliyi, FHN Akademiyasının kursantları və onların valideynləri iştirak ediblər.

 

Mərasim iştirakçıları əvvəlcə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

 

Sonra Zəfər Gününə həsr olunmuş hərbi andiçmə və təntənəli buraxılış mərasimi Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Mərasimdə çıxış edən nazir müavini Etibar Mirzəyev fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun adından tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib.
Sonra çıxış edən Akademiyanın rəisi, general-mayor Baba Salayev mərasim iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib.

 

Daha sonra Vətən müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan kapitanı Toğrul Məmmədov, Vətən müharibəsi iştirakçısı, FHN-in Statistika və informasiya texnologiyaları idarəsinin rəis müavini Fəxri Ağayev və kursant valideyni Xəyyam Hüseynzadə çıxış edərək mərasim iştirakçılarını Zəfər Günü münasibətilə təbrik ediblər.

 

Tədbir fövqəladə hallar nazirinin müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib. 

Mərasim Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Mənbə: Oxu.az

 

ÖNCEKİ HABER

Polisi döyən deputat hakim qarşısında

SONRAKİ HABER

Prezident Binəli Yıldırımı qəbul etdi