Bolqarıstanda turistləri daşıyan avtobusda baş verən güclü yanğın 12-si uşaq olmaqla 46 nəfərin həyatına son qoyub.
İlkin məlumata görə, avtobusda qəfil yanğın meydana gəlib və sərnişinlərin əksəriyyəti nəqliyyat vasitəsini tərk edə bilməyiblər.
Yeddi sərnişin isə müxtəlif dərəcəli yanğın xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, avtobusda olan turistlərin hamısı Şimali Makedoniya vətəndaşı olub.
Hazırda hadisənin baş verdiyi yerdə hüquq-mühafizə orqanlarının əməkdaşları təhqiqat işləri aparır.
Mənbə: NOVA News