Türkiyənin Mersin şəhərində ailəsinin meşədə çadır qurduğu zaman itkin düşən qızın ölümünə görə babası tutulub.
Üç yaşlı Müslümə Yağalın cansız bədəni tapılandan sonra onun ailə üzvləri dindirilib.
Azyaşlının babası Həsən Yağal tutulub, digər ailə üzvləri isə sərbəst buraxılıb.
Qeyd edək ki, körpə itkin düşəndən 10 gün sonra çadır qurulan ərazidən 7 kilometr məsafədə ölü vəziyyətdə tapılıb. Onun üzərində paltar olmayıb.
Mənbə: Anadolu agentliyi