Hondurasda prezident, parlament və bələdiyyə seçkiləri keçirilir

Hondurasda prezident, parlament və bələdiyyə seçkiləri keçirilir

Hondurasda prezident, parlament və bələdiyyə seçkiləri keçirilir.

Ölkə üzrə təxminən 5,7 min seçki məntəqəsi saat 7.00-dan 16.00-dək (Bakı vaxtilə saat 17.00-dan 02.00-dək) fəaliyyət göstərir.

Budəfəki seçkilərdə prezident və üç vitse-prezident, Milli Konqresin (birpalatalı parlament) 128, Mərkəzi Amerika parlamentinin isə 20 deputatı, həmçinin ölkədəki 298 bələdiyyənin sədrləri, sədr müavinləri və yerli şuraların üzvləri seçiləcək.

Dövlət başçısı postuna əsas namizədlər kimi ölkənin keçmiş birinci xanımı Siomara Kastro və respublikanın paytaxtı Tequsiqalpa şəhərinin meri Nəsri Asfura göstərilir.

Qeyd edək ki, 9,5 milyon əhalisi olan Hondurasda 5 milyondan çox seçici var.

Mənbə: TASS

ÖNCEKİ HABER

Vidalın villası qarət olundu: Zinət əşyaları və avtomobili oğurlandı

SONRAKİ HABER

Evra Messini “Qızıl top”u qazandığına görə təbrik etdi - FOTO