• 19 Eylül 2024 Perşembe

Vidalın villası qarət olundu: Zinət əşyaları və avtomobili oğurlandı

Vidalın villası qarət olundu: Zinət əşyaları və avtomobili oğurlandı

“İnter”in yarımmüdafiəçisi Arturo Vidalın Milan yaxınlığındakı villası qarət edilib.

İnsident noyabrın 7-də “İnter” – “Milan” derbisi zamanı (1:1) baş versə də, hadisə barədə yalnız indi məlumat verilib.

Oğrular villadan qızıl-zinət əşyaları çıxararaq, 400 min avro dəyərində “Mercedes Brabus Amg G700” markalı yolsuzluq avtomobilini oğurlayıblar.

 

Bu avtomobildən başqa, Vidalın həyətində “Ferrari 448 Spider”, “Volvo XC90”, açıq yaşıl rəngli “Fiat Panda 4x4” avtomobilləri də olub.

Cinayətkarlar əvvəlcə “Ferrari”ni oğurlamağa çalışsalar da, buna nail ola bilməyiblər və belə olduqda “Mercedes”ə üstünlük veriblər.

Mənbə: Sports.ru

ÖNCEKİ HABER

Peruda güclü zəlzələ olub

SONRAKİ HABER

Hondurasda prezident, parlament və bələdiyyə seçkiləri keçirilir