Gürcüstanda dəhşətli qəza: 17 nəfər öldü

Gürcüstanda dəhşətli qəza: 17 nəfər öldü

ÜMİDTV.com:        Gürcüstanın Mtsxeta-Mtianeti regionunun Duşeti bələdiyyəsi ərazisində avtomobil qəzası baş verib.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, turistləri daşıyan mikroavtobus Biso kəndində 80 metr yüksəlikdən dərəyə aşıb. Hadisə nəticəsində 17 nəfər həlak olub.

Məlumata görə, mikroavtobus dağlıq ərazidə yerləşən Şatili kəndinə gedirmiş.

ÖNCEKİ HABER

İranda son sutkada 125 nəfər koronavirusdan vəfat etdi

SONRAKİ HABER

Bavariya Çempionlar Liqasının qalibi oldu