İranda son sutkada 125 nəfər koronavirusdan vəfat etdi

İranda son sutkada 125 nəfər koronavirusdan vəfat etdi

ÜMİDTV.com:           İranda son sutka ərzində 125 nəfər yeni növ koronavirusdan (COVID-19) vəfat edib.

Bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranda indiyədək bu virusdan ölənlərin ümumi sayı 20 901 nəfərə çatıb. Son 24 saat ərzində 2 213 nəfər koronavirusa yoluxub, bununla da İranda bu virusa yoluxanların sayı 363 363 nəfərə yüksəlib.

İndiyədək 313 058 nəfər koronavirusdan sağalıb. Hazırda virus daşıyıcılarından 3 839 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Mənbə: İRNA

ÖNCEKİ HABER

Xarici İşlər Nazirliyi Ballıqaya qətliamı ilə BƏYANAT YAYDI

SONRAKİ HABER

Gürcüstanda dəhşətli qəza: 17 nəfər öldü