"Rusiyaya qarşı sanksiyalar səmərəsizdir" - Litva Prezidenti

Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səmərəsizdir

Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səmərəsizdir.

Bu barədə Münxen Təhlükəsizlik Konfransında Litva Prezidenti Gitanas Nauseda deyib.

"Etiraf etməliyik ki, bütün bu sanksiyalar paketləri Rusiya iqtisadiyyatına çox məhdud təsir edib", deyə o bildirib.

Buna sübut kimi o, Rusiya Federasiyasının makroiqtisadi göstəricilərini göstərib.

Sanksiya təzyiqinin gücsüzlüyünün səbəbləri arasında Nauseda Aİ-nin tətbiq etdiyi məhdudiyyətlərdən yan keçmək imkanlarını qeyd edib.


ÖNCEKİ HABER

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

SONRAKİ HABER

Hindistanda dəvə sahibinin başını qopardı