Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Dağlıq ərazilərdə fevralın 21-dək şaxta olacağı, gecə və səhər saatlarında yolların buz bağlayacağı proqnozlaşdırılır

Dağlıq ərazilərdə fevralın 21-dək şaxta olacağı, gecə və səhər saatlarında yolların buz bağlayacağı proqnozlaşdırılır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova feysbuk səhifəsində paylaşım edib.

"Sinoptiklərimizin məlumatına görə, əvvəlcədən xəbər verdildiyi kimi dağlıq və dağətəyi rayonlarda qarlı hava şəraiti müşahidə olunur. Hazırda qar örtüyünün hündürlüyü Şahdağ, Qrızda 10 sm, Qusarda 9 sm, Xınalıqda 6 sm, Qubada 3 sm, Xaltan, İsmayıllı, Şabran, Göygöl, Altıağacda 2 sm-dir. Müşahidə olunan yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması istisna olunmur. Əsasən də Quba-Qusar, İsmayıllı, Şamaxı-Ağsu aşırımı istiqamətlərində".

İ.İbrahimova bildirib ki, şaxtalı hava şəraiti fevralın 21-dək davam edəcək. Bununla əlaqədar olaraq sürücülərin yollarda ehtiyatlı olması tövsiyə edilir.
ÖNCEKİ HABER

Kubinkada nə baş verir? VİDEO

SONRAKİ HABER

"Rusiyaya qarşı sanksiyalar səmərəsizdir" - Litva Prezidenti