• 19 Eylül 2024 Perşembe

Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı Çingiz Abdullayevin 65 illik yubileyi ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Bu il Xalq yazıçısı,  Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, hüquq elmləri doktoru Çingiz Abdullayevin 65 illik yubileyi tamam olur

Bu il Xalq yazıçısıAzərbaycan Yazıçılar Birliyinin birinci katibi, hüquq elmləri doktoru Çingiz Abdullayevin 65 illik yubileyi tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında detektiv janrının mahir yazarı, dünya şöhrətli yazıçı Çingiz Abdullayevin 65 illik yubileyi münasibətilə ənənəvi və virtual kitab sərgisi hazırlanıb. Virtual kitab sərgisində görkəmli yazıçının həyat və yaradıcılığı, ictimai fəaliyyəti,  müəllifi olduğu əsərlər haqqında geniş məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə Prezident İlham Əliyevin Çingiz Abdullayevi “Şərəf” ordeni ilə təltif etməsi qeyd edilir, Xalq artisti, Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, rəssam  Çingiz Fərzəliyevin görkəmli yazıçı haqqında söylədikləri dəyərli fikirlər yer alır. Materialda Çingiz Abdullayevin dünyanın 32 dilinə tərcümə edilən 200-ə yaxın kitabın müəllifi olması, yazdığı əsərlər sayəsində nəinki Azərbaycanda, hətta bir çox ölkələrdə tanınmış, sevilən qələm ustası olması qeyd olunur. Virtual kitab sərgisində müəllifin “Mavi mələklər”, “Qırılmış əlaqə”, “Oliqarxın qayıdışı”, “Oliqarxın varisi”, “Alqış sədaları altında ölüm”, “Bumeranq zərbəsi” kimi 20-dən çox kitabının qısa annotasiyası ilə yanaşı, görkəmli yazıçının əsərlərinin motivləri əsasında çəkilən filmlərdən və Çingiz Abdullayevin müsahibələrindən  fraqmentlər də təqdim edilir.

“Çingiz Abdullayev - 65” adlı ənənəvi kitab sərgisində müəlifin kitabxana fondunda olan və geniş oxucu kütləsi tərəfindən sevilərək mütaliə edilən kitabları və kitabxana əməkdaşları tərəfindən hazırlanan eyniadlı ədəbiyyat siyahısı sərgilənməkdədir.

Xalq yazıçısı Çingiz Abdullayevin 65 illik yubileyi ilə əlaqədar hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/cingiz-abdullayev-65    yerləşdirilib.

Gununxeberi.az 

 

 

ÖNCEKİ HABER

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

SONRAKİ HABER

Azərbaycan-Konqo münasibətləri yeni mərhələyə yüksələcək