• 19 Eylül 2024 Perşembe

Tarixi səfər

aş tutmuşdu

prezidentler-metbuata-beyanatlarla-cixis-etdiler

Mühüm istiqamətlərdə əməkdaşlığımız bizim siyasi əlaqələrimizin də bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yeri qoymur. BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq əlaqələri inkişaf olunacaq. Hər iki ölkə bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyəti davam etdirəcək. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın sədrliyi dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hamımızın marağındadır. Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin prioritetləri içində neokolonializmə qarşı mübarizə məsələləri durmuşdur, bu gün də bu belədir. Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır.

Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və bu qurumun nəticələri göz qabağındadır. Yaxın keçmişdə imperialist siyasət yeridən dövlətlərin müstəmləkə siyasətinin qurbanları olan Azərbaycan və Konqo respublikalarının əməkdaşlığı bu cəhətdən daha da əhəmiyyətlidir. Tarixin yaşatdığı oxşar acı təcrübə hər iki dövləti daha da yaxınlaşdırır, bunun bir daha təkrarlanmaması üçün birlikdə hərəkət etməyin vacibliyini göstərir. Buna görə də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri böyük bir tarixi önəm daşıyır, səfər zamanı imzalanan sənədlər hər iki Respublikanın müstəqil şəkildə inkişafı üçün yatırılmış bir sərmaye kimi qəbul edilə bilər.

 

 Səadət Qurbanova,

Xəzər rayonu, 241 saylı tam orta məktəbin müəllimi

 
ÖNCEKİ HABER

Mühüm əməkdaşlıq istiqamətləri

SONRAKİ HABER

Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır