• 19 Eylül 2024 Perşembe

Mühüm əməkdaşlıq istiqamətləri

  Bildiyimiz kimi, aprel ayının 3- də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfərə gəlmişdir

Prezident İlham Əliyev: Bu gün Qoşulmama Hərəkatı daha güclü təşkilatdır

 

Bildiyimiz kimi, aprel ayının 3- də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfərə gəlmişdir. Tərəflərin əsas amalı iki ölkə arasında mədəni, sosial- iqtisadi əlaqələrin daha da genişləndirilməsi olmuşdur. Ümumiyyətlə, Azərbaycan- Konqo münasibətləri uzun müddətdir ki, mövcuddur. Hələ SSRİ dövründə Afrika ölkələrindən olan çoxlu sayda tələbə Azərbaycanın ali məktəblərində təhsil alıb. Müstəqillik dövründə Azərbaycanın əldə etdiyi uğurlar Afrika ölkələri bura cəlb edir. Bir neçə il öncə pandemiya dövründə Respublikamız Afrika ölkələrinə dəstək vermiş, ikitərəfli münasibətləri inkişaf etdirmişdir. Həmçinin, Azərbaycanın kolonializmə qarşı mübarizəsi, Bakı Təşəbbüs Qrupunun yaradılması Afrika qitəsi ölkələri tərəfindən olduqca müsbət qarşılanır və dəstəklənir.

Ötən günlərdə Azərbaycan və Konqo Respublikaları arasında keçirilmiş görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə fikir mübadiləsi aparılmışdır. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı ədalətsiz yanaşmaları barədə məlumat verilərək, bir sıra ölkələrin Cənubi Qafqaz regionunda sülhə maneə törətdiyi, bölgədə qeyri-sabitlik yaratmaq niyyətində olduğu diqqətə çatdırılmışdır. Vətənimiz kimi, Afrika dövlətləri, o cümlədən, Konqo da uzun illər ərzində müstəmləkəçilik siyasətinə məruz qalmış, azadlıqları uğrunda mübarizə aparmışdır. Bu gün Afrika ölkələri bəzi dövlətlərin hegemonluq, hökmranlıq, yerli xalqların sərvətlərinin istismar olunmasına qarşıdır.

Qeyd etmək lazımdır ki, ölkələrimiz arasında beynəlxalq təşkilatlar, xüsusən Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və faydalı əməkdaşlıq mövcuddur. Azərbaycanın sədrliyi dövründə 2021-ci ildə Hərəkatın Parlament Şəbəkəsi yaradılmışdır. Hazırda Azərbaycanın sədrlik etdiyi Şəbəkədə 70-dən artıq ölkə təmsil olunur. Konqo parlamentinin də Şəbəkənin işində fəal iştirakı ümumi maraqlarımıza xidmət edəcək. Konqo Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılmasını dəstəkləmiş ölkələrdən biridir və Azərbaycan da təsisata sədrliyi dövründə Afrika ölkələri ilə əməkdaşlığını həm ikitərəfli, həm də çoxtərəfli qaydada inkişaf etdirməyə, ümumi maraqlarımızın müdafiəsinə xüsusi diqqət yetirib. Bundan əlavə, görüş zamanı Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığının genişləndirilməsi, Bakıda COP29-un keçirilməsinə hazırlıq işlərinə dəstək, kənd təsərrüfatı, ətraf mühit, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılaraq, iki ölkə arasında əlaqələrin perspektivləri barədə danışılmışdır. Həmçinin, əməkdaşlığın ölkələr arasında əlaqələrdə mühüm əhəmiyyətindən bəhs olunmuşdur.

Səfər çərçivəsində prezidentlərin iştirakı ilə “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”si imzalamışdır. Bəyannamə önəmli və sanballı bir sənəd olmaqla ölkələr arasındakı əməkdaşlığın perspektivlərini müəyyən edir. Konqo təbii resurslarla zəngin neft hasil və ixrac edən ölkədir. Bərpaolunan enerji, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün bir çox perspektivlər mövcuddur. Həmçinin bu ölkə inkişaf etmiş kənd təsərrüfatı infrastrukturuna malik olmaqla Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Dövlətimiz Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində.

Azərbaycanın Konqo Respublikası ilə qarşılıqlı əlaqələri uğurlu siyasi fəaliyyətimizin nəticəsi olmaqla, ölkələrimiz arasında hərtərəfli, dayanıqlı və davamlı sosial-iqtisadi münasibətlərin inkişafını təmin edəcəkdir!

 

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi
Gununxeberi.az 

ÖNCEKİ HABER

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyası keçirilib -Fotolar

SONRAKİ HABER

Tarixi səfər