Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının, Göygöl rayon İcra Hakimiyyətinin və 2 nömrəli Yol Yaşıllaşdırılması və Ekologiya MMC-nin birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, İcra Hakimiyyəti başçısının müavinləri Arzu Qocayev və Kəmalə İbrahimova, 2 nömrəli Yol Yaşıllaşdırılması və Ekologiya MMC-nin direktoru Nizami Çıraqov, QƏQİB rayon təşkilatının sədri Araz Abbasov, YAP rayon təşkilatı üzrə Ərazi Partiya Təşkilatlarının sədrləri, gənclər, partiya fəalları və könüllülər iştirak ediblər

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının, Göygöl rayon İcra Hakimiyyətinin və 2 nömrəli Yol Yaşıllaşdırılması və Ekologiya MMC-nin birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, İcra Hakimiyyəti başçısının müavinləri Arzu Qocayev və Kəmalə İbrahimova, 2 nömrəli Yol Yaşıllaşdırılması və Ekologiya MMC-nin direktoru Nizami Çıraqov, QƏQİB rayon təşkilatının sədri Araz Abbasov, YAP rayon təşkilatı üzrə Ərazi Partiya Təşkilatlarının sədrləri, gənclər, partiya fəalları və könüllülər iştirak ediblər.   

       İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin bütün ərazisində yeni-yeni yaşıllıqların salınmasını zəruri edib. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın təcəssümüdür və eyni zamanda  ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə verəcəyinə əminlikdən irəli gəlir.

    Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində xeyli işlər görülüb və bir çox bu kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

     Bu gün keçirilən ağacəkmə aksiyası zamanı Göygöl şəhəri ərazidə təmizlik və abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.  

     Aksiyanın keçirilməsində əsas məqsəd cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək ölkəmizdə ətraf mühitin qorunmasını hər zaman diqqətdə saxlamaq, rayon ərazisində yaşıllıqların genişləndirilməsi və ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir.

 Gununxeberi.az 

 

 

ÖNCEKİ HABER

Hər bir layihənin icrasının nəzərdə tutulduğu vaxtda başa çatdırılması əsas hədəflərdəndir

SONRAKİ HABER

İnfrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var