• 19 Eylül 2024 Perşembe

Hökumətin tədbirlərindən sonra taksilər bahalaşıb, hələ bir az da bahalaşa bilər

Azərbaycanda taksilərdə iyunun 1-dən minimal gediş haqqının 4 manat 50 qəpik olacağı iddia edilir

Azərbaycanda taksilərdə iyunun 1-dən minimal gediş haqqının 4 manat 50 qəpik olacağı iddia edilir. Bu barədə iddiaları bəzi taksi sürücüləri əməkdaşlıq etdikləri şirkətlərə istinadən yayırlar.

Hazırda minimal gediş haqqı 2 manat 50 qəpikdir və deyilən artım olarsa, bu, 50 faizdən çox artım sayılacaq.

İndinin özündə belə taksilərdə qiymətlərin əvvəlki aylara nisbətən artması ilə bağlı şikayətlər eşidilir. Bütün bunlar da hökumətinin son qərarlarından sonra taksi sayının azalması ilə əlaqələndirilir.

Nazirlər Kabinetinin məlum qərarı

Martın 28-də Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Sənədə əsasən, iyulun 1-dən taksi avtomobilləri ən azı “Avro-5” ekoloji standartına uyğun olmalıdır. Üstəlik, istehsal tarixindən səkkiz ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə buraxılış kartı verilməyəcək.

Ötən il oktyabrın 1-də “Avtomobil nəqliyyatı haqqında” Qanun qüvvəyə minmişdi. Oradakı dəyişiklərə əsasən, taksi operatoru kimi icazə almaq üçün 3 min manat rüsum müəyyən edildi. Eyni zamanda, taksilərə taksometr və videoreqistrator quraşdırılması tələbi yer aldı…

Azadlıq radiosu

ÖNCEKİ HABER

AHİK sədrinin məhkəmədə dindirilməsi tələb olunur: ‘Stadionları öz mülkü kimi satıb’

SONRAKİ HABER

Xalq Cəbhəsi üzvünə 30 sutka verildiyi deyilir