• 19 Eylül 2024 Perşembe

Nə gözəl ölkədir…

İlham Hüseyn Bir tərəfdə özünü yandıran qazilər, o biri tərəfdə dollar-yevro “yandıran” harınlar Bir tərəfdə səfillərin koması, o biri tərəfdə 770 miıyonluq Bank binası Bir tərəfdə övladına meyvə ala bilməyən valideynlər, o biri tərəfdə ölkəni meyvə kimi yeyən səlahiyyətlilər Bir tərəfdə azadlıqda gəzən şərləyənlər, o biri tərəfdə zindana məhkum edilmiş şərlənmişlər

İlham Hüseyn

Bir tərəfdə özünü yandıran qazilər, o biri tərəfdə dollar-yevro “yandıran” harınlar

Bir tərəfdə səfillərin koması, o biri tərəfdə 770 miıyonluq Bank binası

Bir tərəfdə övladına meyvə ala bilməyən valideynlər, o biri tərəfdə ölkəni meyvə kimi yeyən səlahiyyətlilər

Bir tərəfdə azadlıqda gəzən şərləyənlər, o biri tərəfdə zindana məhkum edilmiş şərlənmişlər.

Bir tərəfdə işğaldan azad edilmiş əraziləri turla gəzmək üçün pul axtaranlar, o biri tərəfdə dövlətin puluyla dünya turuna çıxanlar.

Bir tərəfdə böyüdükcə uşaqlaşan məmurlar, o biri tərəfdə böyüyə bilməyən uşaqlar.

Bir tərəfdə çörəyi dizinin üstündə olanlar, o biri tərəfdə dizində çörək yeməyə məcbur qalanlar.

Bir tərəfdə arzularının iqlimi dəyişmiş millət, o biri tərəfdə iqlimlə bağlı tədbirə hazırlaşan hökumət.

Bir tərəfdə gur işıqlar, o biri tərəfdə gur zülmət

Bir tərəfdə işığın, qazın limitini keçməmək üçün səy göstərənlər, o biri tərəfdə hüquqsuzluqda, ədalətsizlikdə, talançılıqda limit tanımayanlar.

Bir tərəfdə var olan varlılar, o biri tərəfdə yox olan yoxsullar.

Bir tərəfdə normal həyat üçün Qərbə qaçmağa can atıb, qaça bilməyənlər, o biri tərəfdə Qərbi söyə-söyə Qərbin komfortundan həzz alanlar.

Əsl “blanas siyasəti” budur….

ÖNCEKİ HABER

Azərbaycanda rus dilinin onlara lazım olacağını bilirlər – Putin

SONRAKİ HABER

Səməd Vurğun “Azərbaycan” şeirini Əhməd Cavaddan oğurlayıb?