• 19 Eylül 2024 Perşembe

Azərbaycanda rus dilinin onlara lazım olacağını bilirlər – Putin

“Mən bilirəm ki, prezident Əliyev respublikada rus dilinin öyrənilməsini hərtərəfli dəstəkləyir”

“Mən bilirəm ki, prezident Əliyev respublikada rus dilinin öyrənilməsini hərtərəfli dəstəkləyir”.

Bunu Rusiya prezidenti Vladimir Putin iyunun 5-də beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

“Bu, bütün vektorlar üzrə müşahidə edilir. Bu, nədən xəbər verir? Bu, ondan xəbər verir ki, Azərbaycan rəhbərliyi Azərbaycan vətəndaşlarına rus dilinin lazım olacağını bilir”, – Kreml rəhbəri bildirib.

Putin Moskva ilə Bakı arasındakı münasibətlərdən məmnunluqla danışıb, Rusiya-Azərbaycan əlaqələrinin “uğurla, etibarlı, çox praqmatik” inkişaf etdiyini vurğulayıb.

“Biz Azərbaycan rəhbərliyinin dövlətlərarası əlaqələrimizin məhz qarşılıqlı maraq və mən deyərdim ki, bir-birinə müəyyən səviyyədə rəğbət əsasında qurulmasının tərəfdarı olduğunu hiss edirik. Azərbaycanda rus dilində fəaliyyət göstərən və uşaqlara təhsil verən 300 məktəbin mövcudluğunu başqa cür izah etmək mümkün deyil”, – Rusiya prezidenti əlavə edib.

Azərbaycanda 4 min 400 ümumtəhsil müəssisəsi var. Tədrisin rus dilində aparıldığı məktəblərin olması birmənalı qarşılanmır.

Azadlıq Radiosu

ÖNCEKİ HABER

Həbsdə olan keçmiş deputat və anası aclıq edirlər

SONRAKİ HABER

Nə gözəl ölkədir…