• 19 Eylül 2024 Perşembe

Bakıda silahlı insident: 3 polis və 1 mülki vətəndaş qətlə yetirildi

İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərmişdir

İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərmişdir.

Arazmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd etmiş, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirmişdir.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilmişdir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Mənbə: Bakıda silahlı insident: 3 polis və 1 mülki vətəndaş qətlə yetirildi

ÖNCEKİ HABER

Baş prokuror: Separatçılarla bağlı istintaq başa çatıb

SONRAKİ HABER

Xəstələnmək lazımdı