Sevinc Vaqifqızı ev dustaqlığına buraxılmadı, məhkəmə daha iki şikayəti təmin etmədi

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsində “Abzas Media” nəşrinin baş redaktoru Sevinc Vaqifqızının ev dustaqlığına buraxılmasından imtina ilə bağlı şikayətə baxılıb

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsində “Abzas Media” nəşrinin baş redaktoru Sevinc Vaqifqızının ev dustaqlığına buraxılmasından imtina ilə bağlı şikayətə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

Bu barədə vəkili Elçin Sadıqov bildirib.

Müdafiə tərəfi S.Vaqifqızının cinayət məsuliyyətinə cəlb edilməsini və həbs olunmasını qanunsuz sayır.

İlkin Əmrahovun da şikayətinə baxılıb, amma…

Bu gün Bakı Apelyasiya Məhkəməsi “Toplum TV işi” üzrə həbsdə olan fəal İlkin Əmrahovun həbs müddətinin uzadılması ilə bağlı şikayətə də baxıb.

Şikayət onun həbs müddətinin oktyabrın 6-dək uzadılmasından verilib. Apellyasiya Məhkəməsi bu şikayəti də təmin etməyib,

Vəkili Rövşanə Rəhimova deyib ki, müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək.

Fərid Mehralızadənin şikayəti təmin olunmayıb

Bakı Apellyasiya Məhkəməsi iqtisadçı Fərid Mehralızadənin ev dustaqlığına buraxılmasından imtina şikayətini də təmin etməyib.

Fərid Mehralızadə
Fərid Mehralızadə

İqtisadçı “Abzas Media işi” üzrə həbs edilib. Ancaq o, həbsi üçün heç bir əsas görmür, sözügedən nəşr ilə heç bir əməkdaşlığı olmadığını bildirir.

Ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20-dən çox jurnalist, ictimai fəal həbs edilib. Həmin şəxslər qaçaqmalçılıqda ittiham edilirlər. Amma onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Azadlıq radiosu

ÖNCEKİ HABER

«Tərsinə millət yetişdirmə» nə deməkdir, bilirsizmi?

SONRAKİ HABER

Zavod işçilərinin kütləvi zəhərləndiyi bildirilir