Gürcüstan DİN valideynlərə müraciət etdi

Gürcüstanın Daxili İşlər Nazirliyi valideynlərə müraciət edib

Gürcüstanın Daxili İşlər Nazirliyi valideynlərə müraciət edib.

Arazmedia.az xarici mediaya istinadən xəbər verir ki, DİN-in müraciətində onlara övladlarını Tbilisidə parlament binası yaxınlığındakı aksiyadan çıxarmaları söylənilir.

“Müxtəlif KİV mitinq və nümayişin keçirildiyi yerdə azyaşlı uşaqların göründüyü kadrları yayırlar”, – deyə Daxili İşlər Nazirliyi bildirib.

Qeyd edilib ki, Gürcüstan qanunvericiliyinə görə, bütün uşaqların dinc toplaşmaq azadlığından istifadə etmək hüququ var.

“Lakin indiki aksiyalar dəfələrlə dinc toplantı çərçivəsindən kənara çıxıb və zorakı xarakter alıb”, – deyə vurğulanır.

Nazirlik onu da bildirib ki, parlament binası qarşısında etirazçılar pəncərələri sındırır, yanğın törətmək üçün içəriyə tezalışan maddələr, fişənglər atırlar.

Mənbə: Gürcüstan DİN valideynlərə müraciət etdi

ÖNCEKİ HABER

ABŞ Ukraynaya nüvə silahı verməyəcək

SONRAKİ HABER

İstanbulda polis insanlara atəş açdı – Ölənlər və yaralananlar var