"İlham Əliyev: Ermənistanın silah siyasəti təhlükəlidir"

Ölkə başçısı cənab İlham Əliyev son illərdə dünyanın və Avropanın bir sıra aparıcı informasiya agentlikləri və televiziya kanallarına müsahibələr verib

Prezident İlham Əliyevin Müsahibəsi: Xarici Siyasət və İqtisadi Əməkdaşlıq

Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, dünya miqyasında və Avropada bir sıra aparıcı informasiya agentlikləri və televiziya kanallarına müsahibələr verib. Bu müsahibələrdə Prezident, ölkəmizin xarici siyasəti, enerji strategiyası, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə qurulan iqtisadi əməkdaşlıq əlaqələri kimi bir çox mühüm məsələyə aydınlıq gətirib. Eyni zamanda, qonşu Ermənistan və onun havadarlarına da mesajlar göndərib.

17 dekabr 2023-cü ildə Azərbaycanın Prezidenti İlham Əliyev, Ümumrusiya Dövlət Televiziyası və Radio Yayımı Şirkəti ilə Rusiyanın "RIA Novosti" Agentliyi üçün Dmitri Kiselyovla genişməzmunlu müsahibə verib. Müsahibədə bir sıra önəmli məqamlar diqqət mərkəzində olub.

Kanala müsahibəsində cənab Prezident, Azərbaycan ilə onun yaxın qonşusu və strateji tərəfdaşı olan Rusiya Federasiyası münasibətlərinə toxunaraq bildirib ki, "Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna Azərbaycan və Rusiyada heç bir şübhə yoxdur." O, əlavə edib ki, çətin vaxtlarda belə, ölkələrimiz arasında dost əlaqələri olmuşdur. Prezident, həmçinin, iqtisadi-ticari əməkdaşlıq üçün yeni sahələr tapmağa davam edəcəklərinə əminliyini ifadə edib.

Xarici siyasət məsələlərinə də toxunan İlham Əliyev qeyd edib ki, Azərbaycan istər Qərbdə, istərsə də Şərqdən müstəqil xarici siyasət yürüdən tam müstəqil bir aktyor kimi qəbul edilir. O, həm də Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkə olduğunu vurğulayıb. Azərbaycan hər il Türkiyə ilə ondan artıq birgə təlimlər keçirir ki, bunun da yarısı Azərbaycanda, yarısı isə Türkiyədə baş tutmaqdadır.

Hazırda dünya hadisələrinin inkişafı göstərir ki, dünya əsaslı şəkildə dəyişməkdədir. İkinci Dünya Müharibəsi nəticəsində yaranmış reallıqlar artıq işləmir. Bu, qlobal aktorlar tərəfindən də etiraf edilən bir faktdır.

Müsahibəsi zamanı cənab Prezident, Ermənistanla olan münasibətlərə də toxunmuş və Ermənistanın havadarları, xüsusilə Fransanın bölgəmizə yaradılan təhlükələrə diqqət çəkib. O, bildirib ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahların hücum silahları olduğunu və bu silahların Azərbaycan üçün konkret təhlükə yaratdığını qeyd edib.

Fransa ilə bağlı da ironiya ilə yanaşan Prezident, bu ölkənin öz daxilindəki hüquq pozuntularını nümunə göstərərək, "Fransa, bir zamanlar böyük düşüncə adamları, alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi Fransanı uğursuz bir dövlətə çevirir," - deyə vurğulayıb.

Ermənistanla sərhədimizdəki vəziyyətə də diqqət çəkən Prezident, bu sərhədin uzunluğunu min kilometrdən çox olduğunu və orada yaşayan əhalinin, xüsusən də keçmiş köçkünlərin geri dönməsini qeyd edib. O, Ermənistanın silahlanma prosesinin sürətlə artdığını və bu prosesin dayandırılması üçün Ermənistana və ABŞ Dövlət Departamentinə müraciət edildiyini bildirib.

Cənab Prezident, Azərbaycanda Ermənistan köklü insanların icmasının mövcud olduğunu və onların reinteqrasiya üçün Azərbaycan rəhbərliyinə müraciət etdiklərini bildirib. O, bu məsələdə hələ də konkret cavab almadıqlarını vurğulayıb: "Biz hələ bu günə qədər Ermənistan rəhbərliyinin azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesinə dair cavab almadıq," - deyə əlavə edib.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü

ÖNCEKİ HABER

"Abşeron idman müəllimi maaşsız qaldığını iddia edir"

SONRAKİ HABER

"Ýlham Ýliyev: Az?rbaycan-Rusiya Müttəfiqliyi"