Abseron sakini Asif Lətifov deyir ki, “Zirvə International Sport Clubs” MMCdə idman məşqçisi kimi çalışdığı 1 il 3 ayın maaşını ala bilməyib. Lətifovun sözlərinə görə, “Mənim adımın saxta qolla çıxarıldığını, məni yazılan müavaciblərin mənimsənildiyini” bildirir.
Abseron rayonu, Xirdalan şəhəri, 27-ci məhəllə, ev 2 B, mənzil 40-da yaşayan Lətifov Asif Aydın oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Sayt vasitəsilə Prezident İlham Əliyev, DTX rəisi Əli Nagiyev və Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə müraciət edən şikayətçi, Xirdalanda yerləşən AAAF Yaşayış Kompleksinin vəzifəli şəxslərindən şikayətçidir.
Öz şikayətində Lətifov bəzi məsələləri açıqlayır. 2019-cu ilin fevral ayından peşəkar idmançı olaraq “Zirvə International Sport Clubs” MMC-yə məşqçi olaraq dəvət alıb. O, 12.06.2024-cü il tarixinə qədər orada müəllim kimi xidmət edib. Hətta pandemiya dövründə də səhər 06:00-dan axşam 18:30-a qədər məşqçi kimi işini davam etdirib. Siravi vətandaşlarla yanaşı güc strukturlarının əməkdaşlarına da dərs deyib.
2024-cü il, iyun ayının 12-də “Zirvə” fitness zalının yeni icarədarının yanlış hərəkətlərinə etiraz edib. Lətifov bildirmişdir ki, “hazırda dərs dediyim tələbələrin bir qismi imtahandan uğurla keçərək, DIN-nin Polis Akademiyasında, FHN-nin Akademiyasında və DTX-nin Akademiyasında təhsil alırlar”.
2022-ci ilin may ayının 15-dən etibarən “Zirvə International Sport Clubs” MMC-yə mühasibatlıqda rəsmi məşqçi-müəllim kimi qəbul edilib. Onun maaşı 400 manat olaraq göstərilib. 20.09.2023-cü ildə mühasibatlığa çağırıldıqda, onlara statdan çıxmağı təklif edilib. Lətifov bildirir ki, “ödənilməyən 1 il 3 ayın müavcibini tələb etdikdə, dedilər ki, hamısı birdən ödəiləcək”.
Lətifov, ödənilməyən əmək haqları ilə bağlı dəfələrlə AAAF Yaşayış Kompleksinin sədri Tofiq Heydrova rəsmi məktub göndərdiyini, lakin heç bir cavab almadığını vurğulayır. O, 04.11.2024-cü ildə İşçilərin Sosial Müdafiə Nazirliyinin nəzdindəki Müfəttişlik Xidmətinə müraciət edərək, ödənilməyən əmək haqqı ilə bağlı müvafiq araşdırma aparılmasını xahiş edib. Bu xidmətin ona verdiyi sosial arayışda bildirilib ki, “almadığım əmək haqqına görə məndən vergi və siğorta haqqı tutulub”.
Bütün bunlarla yanaşı, şikayət edən şəxs bildirir ki, mühasibatlığın tabeli kağızına qol çəkdikdən sonra bu haqda rəsmi pul təqdim edilir. Lətifov, Prezident Administrasiyasının əməkdaşı vasitəsilə məsələni izah etdiyini, lakin 7 aydan artıq müddət keçməsinə baxmayaraq, hələ də pulunu ala bilmədiyini qeyd edir.
O, "İnanıram ki, Tofiq Heydrovun bəlkə də bundan xəbəri yoxdur. Heç kim müəyən olunmuş çərçivəni aşa bilmir. Dəfələrlə AAAF sədri Tofiq müəllimin qəbuluna düşmək istəsəm də, oranın mühafizə rəisi buna imkan vermədi."
Nəhayət, Lətifov qeyd edir ki, 14.11.2024-cü ildə yenidən Müfəttişliyə dəvət edilib, lakin bu günə qədər heç bir nəticə yoxdur. O, "niyə mənim aylardan almadığım əmək haqqım mənimsənilməlidir?! Bu hansı qanunda var? Bu qanunsuzluğu edənlər niyə cəzalandırılmır?" suallarını irəli sürür.
Lətifov, bütün bu məsələlərdə kömək istədiyini və 12.07.2024-cü ildən etibarən ona zəng edən AAAF-in hüquqşünasının "gəlim hansisa sənədə qol çəkin" dediyini, yalnız müavcibləri təqdim etdikdən sonra imza atacağını bildirmişdir.
Hörmətli Prezident!
Hörmətli Cənablar!
Xahiş edirəm, bu məsələdə köməyinizi əsirgəməyəsiniz.
Jalə FAMILQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Hörmətli Cənablar!
Xahiş edirəm, bu məsələdə köməyinizi əsirgəməyəsiniz.
Jalə FAMILQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.