Isa İsayevin yeni şirkətləri dövlət qeydiyyatında!

Bu ilin iyul ayında ləğv edilən “Naxçıvanbank” ASC-nin hüquqi varisi olan “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin İdarə heyətinin sədri İsa Bünyad oğlu İsayevin qanuni təmsilçi olduğu daha 2 şirkət dövlət qeydiyyatına alınıb
```html

Bu ilin iyul ayinda ləğv edilən “Naxçivanbank” ASC-nin hüquqi varisi olan “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin İdarə heyətinin sədri Isa Bünyad oglu Isayevin qanuni təmsilçisi olduğu daha 2 şirkət dövlət qeydiyyatına alınıb.

Yeniavaz.com xəbər verir ki, “Head Property” MMC (VÖEN - 0201658481) və “Region Property” MMC (VÖEN - 0201657841) adlı şirkətlər müvafiq olaraq 1 700 000 manat və 600 000 manat nizamnamə kapitalları ilə yaradılıblar.

“Head Property” MMC-nin hüquqi ünvani Naxçivan şəhəri, Cəlil Məhmmədquluzadə ev 27-d, “Region Property” MMC-nin hüquqi ünvani isə Naxçivan şəhəri, Nəsirəddin Tusi ev 4 ünvanında yerləşir.

Məlumat üçün qeyd edək ki, 1983-cü il təvəllüdlü Isa Bünyad oglu Isayev Şərur rayonunun Çərçibogan kəndində anadan olub. Isa Isayev 25 yaşında “Naxçivanbank” ASC-nin sədr müavini təyin olunub. 2021-ci ildən isə İdarə heyətinin sədri olub.

Isa Isayev, 9 fevral 2020-ci ildən Naxçivan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərdə 6 saylı Çərçibogan Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olub. O, altıncı çağırış (2020-2024-cü illər) Naxçivan Muxtar Respublikası Ali Məclisində İqtisadi siyasət komitəsinin sədri olub.

Onu da bildirək ki, daha əvvəl “Naxçivanbank” səhmələrinin 63,66%-nin Naxçivan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talibovun oğlu Rza Talibova, 20,48%-nin Talibovun digər oğlu Seymur Talibova, 9,82%-nin qızı Baharxanım Talibovaya, 6,04%-i isə həyat yoldaşı Sevil Sultanovaya məxsus olub. Vasif Talibov Ali Məclisin sədri vəzifəsindən istefa verdikdən sonra “Naxçivanbank”in səhmdarları dəyişib.

```
ÖNCEKİ HABER

"Təhsil Kredit Fondunda Audit Nöqsanları Aşkarlanıb"

SONRAKİ HABER

"Ağ Qızıl: Fermerlərin Əziyyəti Nə Olur?"