Hesablama Palatası, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsil Tələbə Krediti Fondunda həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.
Mia.az Palataya istinadla xəbər verir ki, audit Fondun yaradıldığı 17 iyun 2021-ci il tarixindən 1 iyun 2024-cü il tarixinə qədər olan dövrü əhatə edib. Auditin məqsədi, kredit müraciətlərinin təmin olunmasının, eləcə də Fondun fəaliyyətinin təşkilinin səmərəliliyinin qiymətləndirilməsidir.
Fondun nizamnamə kapitalının formalaşdırılması üçün dövlət büdcəsindən 2021-ci ildə 80,0 mln. manat, 2022-ci ildə isə kreditləşmə fəaliyyətinin davam etdirilməsi üçün əlavə 22,0 mln. manat vəsait ayrılmışdır. Audit olunan dövr ərzində ümumilikdə 32,9 mln. manat vəsait Təhsil Tələbə Kreditinin (TTK) maliyyələşməsinə sərf edilmişdir.
Bundan əlavə, həmin dövrdə Fondun saxlanması üçün 3,6 mln. manat xərc edilmişdir, bu xərclərin 1,8 mln. manatı imtahan ödəməsi xərcləri təşkil etmişdir. Yaranma tarixindən 31 may 2024-cü il tarixinə qədər Fonda 21,888 nəfər tərəfindən cəmi 45,688 kredit müraciəti edilmişdir, onlardan 16,799 nəfər üzrə ümumi məbləği 33,1 mln. manat təşkil edən 36,063 kredit rəsmiləşdirilmişdir. Bununla yanaşı, sonuncu tədris ilində olmaqla 130,1 min manat məbləğində 159 müqavilə sonradan ləğv edilmişdir.
Ləğv edilmiş 159 müqavilə istisna olmaqla, bakalavriat təhsil səviyyəsi üzrə 25,321, magistratura təhsil səviyyəsi üzrə 8,841, orta ixtisas təhsili səviyyəsi üzrə 1,622 və peşə təhsili səviyyəsi üzrə 120 müraciət üzrə kredit rəsmiləşdirilmişdir. Kreditdən həm dövlət, həm də özəl təhsil müəssisələrinin tələbələri yararlanmışdır.
Qeyd edilənlərin icrası prosesində bəzi nöqsanlara da yol verilmiş, eləcə də kreditlərin verilməsi və funksional fəaliyyətin təşkilinin nəticəliliyinin daha da yüksəldilməsi imkanlarından bəzi hallarda tam istifadə olunmamışdır.
Göstərilənlərə münasibətdə ilk olaraq diqqət çəkmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.07.2021-ci il tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"nda (Qayda) sosial təhsil tələbə kreditinin verilməsi şərtləri əsasən sosial rifah göstəricilərinə deyil (ünvanlı sosial yardım istisna olmaqla), kateqoriya xarakterli yanaşmaya əsaslanılması nəticəsində Fondun fəaliyyəti müəyyən edilən məqsədlərə tam uyğun olmamışdır.
Fondun monitorinq imkanlarının məhdud olması və ali təhsil müəssisələrinin kreditlərin verilməsi prosesində iştirak edən məsul şəxslərinin məsuliyyətinin hüquqi aktlarla tənzimlənməməsi nəticəsində 2 ali təhsil müəssisəsi üzrə 32 halda TTK-dan yararlanan tələbənin faktiki ÜOMG-si Fondun məlumat bazasında əks etdirilən göstəricidən aşağı olmuşdur. Bu isə, öz növbəsində, dövlət vəsaitinin hüquqi aktların tələblərinin pozulması ilə icrası ilə yanaşı, funksional təyinatı üzrə istifadəsinə də təsir göstərmişdir.
Kredit üçün müvafiq banklara müraciət mərhələsində nəzərdə tutulmuş yanaşma təcrübədə tətbiq edilən yanaşmadan fərqlənmiş, digər sözlə, təcrübədə tələb olunan sənədlər tələbə tərəfindən bankə təqdim edilmədən elektron qaydada təhsil müəssisəsinin məsul şəxsi tərəfindən "Elektron Təhsil Tələbə Krediti" informasiya sistemində (Portal) təsdiq edildikdən sonra kredit müraciəti banka yönləndirilmişdir. Bəzi hallarda Portaldan çıxarışlarda TTK-nın təhsil müəssisəsi tərəfindən təsdiq edilmədən banka göndərildiyinə dair məlumatlar əks olunmuş, eləcə də Fond tərəfindən ləğv edilmiş bəzi kredit müraciətləri üzrə bank tərəfindən kredit rəsmiləşdirilməsi həyata keçirilmişdir.
Ali təhsil müəssisələrinə qəbul yalnız Dövlət İmtahan Mərkəzi vasitəsilə keçirilən imtahanlarla deyil, həmçinin Scholastic Aptitude/Assessment Test (SAT) nəticələri ilə də aparıldığı nəzərə alındıqda, bu yanaşmanın nəzərə alınmaması SAT ilə qəbul həyata keçirən ali təhsil müəssisələrinə daxil olan tələbələrin birinci semestrdən standart TTK-dan yararlanmasını tam məhdudlaşdırmışdır.
Fondun tələbələrinin təhsilinə verə biləcəyi töhfə baxımından əhəmiyyət kəsb edən və beynəlxalq təcrübədə tətbiq olunan - tələbələrin təhsillə bağlı cari xərclərinin (dərslik, qidalanma, yataqxana, yol xərci və s.) ödənilməsi praktikasının öyrənilməsi və nəzərə alınmaması, həmçinin kreditlərdən yararlana biləcək şəxslərin yuxarı yaş həddinin müəyyən olunmaması nəticəsində audit olunan dövrdə 13 halda son qaytarılma tarixinə kredit götürən şəxsin yaşının 60 və daha artıq olmasına şərait yaradan kredit rəsmiləşdirilmişdir ki, ondan 3-ü həmin tarixdə pensiya yaşında olacaqdır.
Fondun maliyyə vəsaitlərinin istifadəsi səviyyəsini və tətbiq olunan sigorta mexanizmlərini nəzərə alsaq, kredit alanların yaşı ilə bağlı hər hansı bir məhdudiyyətin nəzərə alınması zərurəti olmasa da, ictimai faydalılığın formalaşdırılması və əmək bazarında iştirak müddəti baxımından yuxarıda göstərilən amillərlə birgə belə bir məhdudiyyətin müəyyən edilməsinin gələcəkdə zəruri yanaşma kimi formalaşacağı qənaətindəyik.
Himayəçilik Şurası tərəfindən strateji məqsəd və planların, inkişaf istiqamətlərinin müəyyən edilməməsi, həmçinin illik fəaliyyət planlarının təsdiq olunmaması Fondun funksional məqsədlərinin həyata keçirilməsinə nəzarət mexanizmlərinin tətbiqini məhdudlaşdırmaqla bu hədəflərə nail olunmasında risklərə yol açmışdır. Hədəflərlə bağlı kəmiyyət göstəricilərinin müəyyən edilməsində vahid yanaşmanın tətbiq edilməməsi tərtib olunan hesabatlar arasında uyğunsuzluqlarla yanaşı hədəf/nəticə uzlaşmasının qiymətləndirilməsində məhdudiyyətlərə səbəb olmuş, kreditlərin verilməsi planlaşdırılan tələbələrin say göstəricilərində uyğunsuzluqlar tələb olunan xərclərin planlaşdırılmasına təsir göstərən əsas faktoru formalaşdırmışdır.
Himayəçilik Şurası tərəfindən vəsaitlərin idarə olunması istiqamətində fəaliyyətin tam icra edilməməsi, o cümlədən kənar auditorun müəyyənləşdirilməsi üçün addımların atılmaması və müvafiq bankın seçilməsinin bu Şura ilə razılaşdırılmaması, hesabatlılıq və şəffaflıq prinsiplərinin tam tətbiqinə mane olmuşdur. Həmçinin qeyd edək ki, müvafiq bankın fəaliyyəti ilə bağlı hesabatlılığın artırılması məqsədilə Fond tərəfindən bir sıra addımlar atılmışdır ki, bu da vəsaitin idarə olunmasına nəzarətlə bağlı müsbət amil kimi qiymətləndirilir.
Nizamnamədə likvidliyin təmin olunması, Fondun fəaliyyətinin inkişaf etdirilməsi, səmərəliliyinin və etibarlılığının yüksəldilməsi məqsədilə investisiyaların cəlb olunması ilə bağlı nəzərdə tutulmuş vəzifənin icra olunmaması maliyyə imkanlarının genişləndirilməsinə təsir göstərmişdir.
Ayrı-ayrı mərhələlərin icrasına dair vaxt çərçivəsinin tənzimlənməməsi müraciətlərin təxminən 20,0%-ni kreditin 1 aydan çox müddətdə verilməsi ilə nəticələnmiş, bu, əsasən ali təhsil müəssisələrinin və müvafiq bankın məsul şəxslərinin fəaliyyəti ilə əlaqədar olmuşdur. Göstərilənlər məsuliyyət mexanizmlərinin işlənilməsinin və tətbiqinin əhəmiyyətini bir daha qeyd etməyə imkan verir.
Başqa istiqamətin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin 2023-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabatlarda TTK-nin verilməsinə sərf olunmuş məbləğ kimi əks etdirilməsi həmin məlumatlar əsasında qərar qəbulu edən, təhlillər aparan və proqnozlar tərtib edən dövlət qurumlarının bu fəaliyyətinə mənfi təsir amillərini formalaşdırmaqla yanaşı hədəf/icra uyğunluğunun da qiymətləndirilməsinə şərait yaratmir.
Auditin nəticələri əsasında qəbul edilmiş Kollegiya qərarına əsasən, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Təhsil Tələbə Kredit Fondu tərəfindən sorğu və onlayn təlimlərin keçirilməsi zamanı yol verilmiş nöqsanlar üzrə artıq ödənilmiş vəsaitin bərpa olunması nəzərə alınmış, dövlət büdcəsinin icrası ilə bağlı hesabatda uyğunsuzluqlara dair Maliyyə Nazirliyinə məlumat göndərilmişdir.