• 19 Eylül 2024 Perşembe

Nyu-Yorkda 64 uşaqda koronavirusla əlaqəli yeni simptomlar aşkar edildi

ABŞ-ın Nyu-York ştatında 64 uşaqda koronavirusla əlaqəli yeni simptomlar aşkarlanıb.

ÜMİDTV.com:     ABŞ-ın Nyu-York ştatında 64 uşaqda koronavirusla əlaqəli yeni simptomlar aşkarlanıb.

CBS xəbər verir ki, mütəxəssislər “sistemli iltihab sindromu” adlanan simptomları koronavirusla əlaqələndirirlər.

Bu xəstələrdə uzun müddət yüksək temperatur, Kavasaki xəstəliyinin əlamətləri, toksik şok, qarında ağrı müşahidə olunur. Bir versiyaya görə, həmin simptomlar uşaqlarda yeni koronavirusun yaratdığı yüngül xəstəlikdən sonra görünə bilər.

Simptomların müşahidə olunduğu bəzi uşaqların yeni növ koronavirusa yoluxduğu və ya orqanizmlərində xəstəliyə qarşı antikorların yarandığı müəyyən edilib.

Qeyd edək ki, oxşar hallar əvvəllər Böyük Britaniyada da qeydə alınıb.

ÖNCEKİ HABER

Gürcüstan iyulda xarici turistləri qəbul edəcək

SONRAKİ HABER

Böyük Vətən müharibəsinin 94 yaşlı veteranı bu dəfə koronavirusa qalib gəldi