• 19 Eylül 2024 Perşembe

Gürcüstan iyulda xarici turistləri qəbul edəcək

Gürcüstan koronavirusun yayılması təhlükəsi ilə bağlı tətbiq olunan məhdudiyyətləri tədricən aradan qaldırır.

ÜMİDTV.com:    Gürcüstan koronavirusun yayılması təhlükəsi ilə bağlı tətbiq olunan məhdudiyyətləri tədricən aradan qaldırır.

“Sputnik Gürcüstan” bununla əlaqədar ölkənin Baş naziri Giorgi Qaxarianın açıqlamasına istinadla xəbər yayır.

Nazir bildirib ki, ölkə iyulun 1-dən xarici turistləri qəbul etməyə hazır olacaq.

Bu o deməkdir ki, Gürcüstan koronavirusun yayılması təhlükəsi səbəbindən kəsdiyi quru və hava əlaqələrini bərpa edəcək:

“İyunun 15-dən etibarən Gürcüstan yerli turizm xidmətləri üçün açılacaq və iyulun 1-dən xarici turistləri qəbul etməyə hazır olacaq. Bunun üçün qonşu ölkələrlə təhlükəsiz dəhlizlər yaradacağıq, eyni zamanda turizmdə maraqlı olan ölkələrlə təhlükəsiz dəhlizlər təşkil edəcəyik”.

ÖNCEKİ HABER

Zelenski Saakaşviliyə vəzifə verdi: Ukraynada islahatlara cavabdeh olacaq

SONRAKİ HABER

Nyu-Yorkda 64 uşaqda koronavirusla əlaqəli yeni simptomlar aşkar edildi