"Komfort kompleksində sakinlər 7 ildir m?nzill? gözləyir"

Paytaxtın Məmmədəli Şərifli və Şirin Mirzəyev küçələrinin kəsişməsində yerləşən “Komfort” yaşayış kompleksinin sakinləri 7 ildir mənzillərinə çıxarış ala bilmədiklərini deyirlər

Paytaxtin M?mm?d?li S?rifli və Sirin Mirz?yev küç?l?rinin k?sism?sind? yerləşən “Komfort” yaşayış kompleksinin sakinləri son 7 ildir ki, m?nzillərinə çıxarış ala bilmədiklərini bildirirlər. 2017-ci ildən tikilməyə başlayan bu bina, fors major hallar nəzərə alınmaqla 6 iyun 2018-ci ildə tam təhvil verilməli olduğu halda, hələ də hazır deyil.

Sakinlərin sözlərinə görə, binada bir sıra əhəmiyyətli çatışmazlıqlar mövcuddur. "Binamızda ehtiyat pilləkənlərin məhccərləri qoyulmayıb, siqnalizasiya quraşdırılmayıb, mərtəbələr yangın sistemləri ilə təchiz olunmayıb və liftlərə ehtiyat cərəyan kabeli birləşdirilməyib. Ayrıca, liftlərlə texniki xidmət müqaviləsi bağlanmayıb. Bir sözlə, heç bir texniki təhlükəsizlik qaydalarına əməl olunmayan binada məcburi yaşayırıq", - deyə sakinlər bildirirlər.

İddia olunur ki, "Inteks" MMC-yə məxsus olan bu yaşayış kompleksinin satış zamanı müştərilərə təqdim etdiyi ərazilər isə başqa quruma aid olub. Sakinlər bildirirlər ki, "Satış zamanı göstərdkləri ərazi də şirkətin deyilmiş. Satış zamanı bizə futbol meydançası, fontan, istirahət güşəsi, qaçış zolağı, uşaqlar üçün uşaq meydançası vəd olunmasına baxmayaraq, ərazi şirkətə məxsus olmadığından oturacaq qoymağa belə yer yoxdur. 7 ildir ki, mənzillərimizə çıxarış ala bilmirik. AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi - red.) da duracaq nişanlarını basdırıb. M?nzillərin çıxarışı olmadığından öz həyətimizdə maşınımızı ödənişlə saxlayırıq", - sakinlər qeyd edirlər.

İddialarla bağlı "Inteks" MMC-dən məlumat almaq mümkün olmamışdır. Qeyd edək ki, sakinlər bu problemləri daha əvvəl də dəfələrlə ictimailəşdiriblər. Hətta 2019-cu ildə mətbuat nümayəndələrinin iştirakı ilə sakinlərlə görüş keçirilmiş və şirkətin rəhbər şəxsləri qısa müddətdə problemləri aradan qaldıracaqlarına dair söz vermişdir. Ancaq görünür ki, həmin vaxtdan 6 il keçməsinə baxmayaraq, problemlər hələ də qalmaqdadır.

ÖNCEKİ HABER

"Konstitusiyanın gücü və insan hüquqları"

SONRAKİ HABER

"Sahil Babayev yeni maliyyə naziri təyin olundu"