"Konstitusiyanın gücü və insan hüquqları"

Prezident 2025-ci ili Konstitusia və suverenlik ili elan edib
Prezident 2025-ci ili Konstitusiya ili elan edib

Prezident 2025-ci ili Konstitusiya ili elan edib

Prezident 2025-ci ili Konstitusiya və suverenlik ili elan edib. Bu il ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun Konstitusiyanın qüvvədə olacağına böyük ümidlər var. Bilik onlarla ildür icra olunmayan məhkəməsi qərarlarının icrası təmin olunarsa, dövlətin ali məqsədinin insan və vətəndaş hüquqlarını qorumaq, vətəndaşa layiqli həyat səviyyəsinin təmin edilməsi yada düşür. Lakin məmurlar vicdansız davranışdan, özbaşınalıqdan əl çəkmir. Hələ də qanunun, Konstitusiyanın sahibliyi yerində, məmurların sahibliyi ilə üz-üzədir.

Bu sətirlərin yazarının pensiyasına 1BİMM-in (hazırda Bakı İnzibati Məhkəməsi) 05.07.2017-ci il tarixli, 2-1(81)-1889/2017 N-li Qərarı (h. Elçin Məmmədov) ilə əlavə olunan 110 manatın verilməsi 6 il sonra, 01.04.2023-cü ildən borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiali (XSTMF) tərəfindən özbaşına dayandırılıb. 22 aydır bu yekəlikdə özbaşınalığa, dövlətdə, Konstitusiyaya hörmətsizliyə icra, qanunverici, məhkəmə hakimiyyəti, prokurorluq, Ombudsman, Hesablama Palatası ... son qoymaq istəmir, hərəsi "sosial rüsvət paketini" alıb susur.

Bakı İnzibati Məhkəməsində "İnzibati mübahisə üzrə 05.07.2017-ci il tarixli, 2-1(81)-1889/17 saylı Qərarın icrasının dayandırılmasından sonra maddi-mənəvi ziyanın ödənilməsi" tələbi ilə borclu cavabdeh XSTMF-yə qarşı (ötən ilin sonlarında) iddia qaldırılıb. İş üzrə 10.02.2025-ci il tarixində hazırlıq iclası təyin olunub. Elektron kabinetdə isə, iş tələbkar qazinin iddia tələbinə borclu cavabdehin adından DSMF-in Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialinin (departament müdiri Yeganə Məmmədova və baş mütəxəssis Gülnar Həziqzadə) 06.02.2025-ci il tarixli 7 vərəqlik iddiaya aid olmayan etirazi yerləşdirilib. Bu etiraz bir daha borclu DSMF-in pensiya filialının özbaşınalığını, vicdansız davranışını ortaya qoyur.

Birincisi, cavabdeh-borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalıdır, Konstitusiyaya zidd yaradılan Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı - 39 saylı vəkil bürosu yox! İkincisi, tələbkar qazinin iddia tələbi "məhkəmə qərarının icrasının özbaşına dayandırılmasından sonra maddi-mənəvi ziyanın ödənilməsi" haqqındadır, borclu bu tələbi saxtalaşdırıb "ödənilmiş pensiya məbləğinin ödənilməsi" edib. Cavabdehin özbaşınalıqla iddiaçının tələbinə dəyişiklik etmək, cibinə uyğunlaşdırmaq hüququ varmı? Vətəndaş əli-qazi Konstitusiyanın 129-cu maddəsi ilə təminat verilən dövlətin adına çıxarılan məhkəmə qərarının mücburi icrasını tələb edir, 60, 68-ci maddə ilə təminat verilən məhkəmə müdafiəsi, özbaşınalıq istisna edən vicdanlı davranış hüququnu istəyir, məhkəmədə də özbaşınalıqla, dələduzluqla üzləşir.

Əgər SMN-in, tabeliyindəki DSMF-in, Sosial Xidmətlər Agentliyinin hüquq doktorlarının hüquqa, məhkəməyə, dövlətə, Konstitusiyaya hörmətsizliyinə Konstitusiya və suverenlik ili içində son qoyulacaqmı? Yoxsa "suveren məmurların öz cib konstitusiyaları" qüvvəsini saxlayacaq? Yasaya bilsək, görərik...

Məgrur Bədəlsoy

Qarşı tərəfdən mövqeyini dərc etməyə hazırıq!

ÖNCEKİ HABER

"Uşaqlara zorakılıq tətbiq edən müəllim işdən azad edildi"

SONRAKİ HABER

"Komfort kompleksində sakinlər 7 ildir m?nzill? gözləyir"