Azərbaycanda turizmin beynəlxalq miqyasda tanınması və inkişafı məqsədilə yeni strategiya tətbiq olunmuşdur. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, 2025-ci ilin fevral ayının 13-ü tarixində dövlət satınalmalarının vahid internet portalında dörd tender elan edib. Bu tenderlər xarici jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səyahətlərinin təşkilinə yönəlib.
“Dia.az” xəbər verir ki, tenderlərin bitmə tarixi 2023-cü ilin mart ayının 7-sidir. Dörd tender üçün ayrılmış ümumi vəsaitin həcmi 4 milyon 190 min manatdır. Tenderlər üç qitəni əhatə edərək, doqquz ölkədən ümumilikdə 212 nəfərin Azərbaycana gətirilməsini nəzərdə tutur.
Tenderə daxil olan ölkələr və onlardan gətiriləcək şəxslərin sayı aşağıdakı kimidir: Özbəkistandan 30 nəfər, Qazaxıstandan 30 nəfər, Çindən 30 nəfər, Hindistandan 40 nəfər, Cənubi Koreyadan 10 nəfər, İsraildən 20 nəfər, Rusiyadan 37 nəfər, Belarusdan isə 15 nəfər. Bu şəxslər arasında jurnalistlər, turizm blogerləri və səyahət agentliklərinin nümayəndələri olacaq.
Bu metod hökumətin rəsmi şəkildə tanıtım siyasətində influenser marketinqindən istifadə etdiyini göstərir. Məqsəd, bu şəxslərin ölkə haqqında pozitiv məlumatlar paylaşması, turizm potensialını və mədəniyyəti kəşf etməsi və öz izləyiciləri ilə bölüşməsidir.
Azərbaycan hökuməti əvvəlki dövrlərdə də blogerlərin və səyahət influenserlərinin reklam imkanlarından istifadəyə cəhd edib. Lakin bu, əsasən qərb və rus blogerləri ilə məhdudlaşırdı və bir çoxu könüllü şəkildə həyata keçirilirdi. Bu dəfə isə rəsmi tender yolu ilə daha geniş miqyasda və məqsədli şəkildə bu prosesə start verilib.
Onunla yanaşı, bu strategiya əsasən Asiya ölkələri kontingentini hədəfləyir. “Dia.az” vurğulayır ki, burada xüsusi bir mühüm məqam budur ki, sözgidən prosesin maliyyələşdirilməsi imkanları demək olar ki, məhduddur. Hər halda, saxta “fakeblogger” hesabına bu kimi işlər zaman-zaman həyata keçirilib və büdcə pulları mənimsənilib. Eyni prosesin təkrar baş verməyəcəyinə inanmaq isə o qədər də asan deyil.