Gənc xanımın əməliyyat sonrası ölümü - suallar çoxdur!

Bu günlərdə daha bir gənc xanımın xəstəxanada komaya düşməsi və ölümü xəbəri ölkədə həkim səhlənkarlığı və səhiyyə xidmətinin vəziyyəti ilə bağlı müzakirələri yenidən aktuallaşdırdı
Gənc xanım Türkan Balakisizadə, xəstəxanada komaya düşərək 10 gün sonra vəfat etdi. Bu hadisə, ölkədə həkim səhlənkarlığı və səhiyyə xidmətinin vəziyyəti ilə bağlı müzakirələri yenidən aktuallaşdırdı.

Hadisə, ümumi bir ziyil götürmək üçün Gəncə Beynəlxalq Xəstəxanasına müraciət edən Türkan Balakisizadənin əməliyyat öncəsi narkozdan sonra allergik şok keçirərək komaya düşməsi ilə baş vermişdir. 10 gün ərzində xəstəxanada müalicə alan gənc qız, həyatını itirdikdən sonra evlilik planları olan nişanlı bir gənc idi.

Azərbaycanda Beynəlxalq Bankın (ABB) işçisi olan Türkan, həyata sağlam göndərildiyi bildirilsə də, əməliyyat öncəsi apardığı analizlərdə heç bir problem olmadığı qeyd edilir. Ailəsi, sadəcə adi bir ziyil götürmək məqsədilə xəstəxanaya müraciət etdiklərini bildirir. Hadisə, bir ailənin işığını söndürmüş, Türkan'ın həyatı sona yetmişdir.

Hadisənin necə baş verdiyi ilə bağlı suallar yaranıb: Türkan müalicə zamanı narkoz aldı və allergik şok keçirdi. Bütün lazımi analizlər aparıldığı halda, allergik şok ehtimalı niyə nəzərə alınmadı? Bu suallara cavab verməkdə xəstəxana rəhbərliyi daha çox digər mövzulara toxunur. Onlar "xəstənin yaxınlarının şikayəti yoxdur", "xəstə narkozu özü istəyib", "ölümün səbəbi narkozun dozası ilə əlaqəli deyil" kimi absurd cavablarla kifayətlənirlər.

Bakupost.az
Bu səbəbdən Bakupost.az olaraq, məsələyə aydınlıq gətirmək üçün Gəncə Beynəlxalq Xəstəxanasına rəsmi sorğu ünvanladıq. Sorğunun verilməsindən 3 iş günü keçsə də, hələ də rəsmi cavab olmayan xəstəxana rəhbərliyi, "xəstə yaxınlarının şikayəti yoxdur", "xəstə ilə bağlı məlumatları açıqlamağa ixtiyarımız yoxdur" kimi cavablarla kifayətlənməkdədir. Sonunda "məsələ ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır" deyərək gözləməyi tövsiyə etdilər.

Xəstəxananın direktoru ilə əlaqə saxlamaq istədikdə, Leyla Məmmədova onun adını açıqlamaqdan və əlaqə nömrələrini verməkdən imtina etdi. Araşdırmalar zamanı, Gəncə Beynəlxalq Xəstəxanasının rəhbərliyi ilə bağlı maraqlı məlumatlar əldə edildi. Məlumatlara görə, xəstəxana, vaxtı ilə mərhum Vergilər naziri Fazil Məmmədova məxsusdur. Hazırda faktiki olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri, professor Hikmət İbrahimli tərəfindən idarə olunur.

Bakupost.az
Hikmət İbrahimli
Alınan məlumatlara görə, Hikmət İbrahimli, öz bacısının qızını da direktor təyin etdirərək ona gözətçi mövqeyi vermişdir. Gülnara adındaki xanım, faktiki olaraq işə gəlməsə də, uzaqdan fəaliyyət göstərir. Xəstəxananın idarəçiliyi baş həkim Tural Əfəndiyev və Leyla Məmmədova tərəfindən həyata keçirilir. Hikmət İbrahimlinin bölgə xəstəxanalarında rəhbər postlara təyinatlarla bağlı əhəmiyyətli söz sahiblərindən biri olduğu bildirilir. Hətta, Hacıqabuldan Samux qəsəbəsinə qədər TƏBİB-in tabeliyində olan bütün xəstəxanalara öz adamlarını direktor təyin etdirir.

Xəstəxanaların rəhbərlərinə təsir imkanları olan Hikmət İbrahimli, bölgələrdəki bütün ağır xəstələri Gəncə Beynəlxalq Xəstəxanasına yönləndirir. O, yalnız regionlarda deyil, Bakı şəhərində də geniş imkanlara malikdir, burada bir neçə özəl klinikalara şəriklik edir və bəzi dövlət xəstəxanalarının texniki təchizatını da həyata keçirir.

(Bakupost)
ÖNCEKİ HABER

"Nərimanovda qanunsuz tikintilər artmaqdadır!"

SONRAKİ HABER

Sumqayıt 16 nömrəli məktəbdə təhsil problemi: Şikayətlər artır!