"Amal Qrupun Tender Qalibiyyəti: Qanunsuzluq İddiaları"

Amal Qrup MMC 2024-cü ilin may ayında Qubadlıda Zilanlı kəndinin tikinti quruculuq işləri ilə bağlı tender nəticələrinin qalibi olub
```html

Amal Qrup MMC, 2024-cü ilin may ayında Qubadlida Zilanlı kəndinin tikinti quruculuq işləri ilə bağlı tender nəticələrinin qalibi olub. Nəticələrə əsasən, Amal Group Qubadlinin Mahrizli və Zilanlı kəndlərini inşa etməli və müəyyən müddət əvvəl tədqiq verməliydi.

Yenixeber.org-un məlumatına görə, lakin şirkət dövlətdən aldığı pulları mənimsəyərək, digər yarım qalmış işlərinə yönləndirib. İllərlə Ərazidə tikinti işlərini həyata keçirən şirkətlər isə ödəmələrini almamışdır. Nəticədə, 100-lərlə işçi zəhmətinin haqqını ala bilmədiyinə görə Qubadlida etiraz aksiyaları keçirərək, ödəmələrini almayacaqları təqdirdə özlərini yandıracaqları ilə hədələyiblər. Baş verən hadisələr video lentə alınaraq sosial şəbəkələrdə paylanmışdır.

Etiraz aksiyaları "tez bazar" yatsıtmaq və baş verən qanunsuzluqların çox "səs küyünün" çıxmamasını arzu edən Amal Group rəhbərliyi, hardansa bir neçə yüz min manat pul taparaq qanunsuz şəkildə işçilərə ərazidə nağd ödəmələr həyata keçirərək ödəmələr vermişdir. Halbuki, bu qanunsuzluq cinayət faktıdır.

Şirkətin qanunsuzluqları bununla bitməmiş, müqavilə imzaladığı şirkət və subpodratçı şirkəti də 3 ay ərzində ağır şəraitdə işlətmiş, onların da gördüyü işi heçə sayaraq ödənişlərini həyata keçirməmişdir. Nəticədə, Upsilon MMC həm işçilər, həm də dövlət qarşısında ciddi şəkildə borclanmışdır. Məhz bu səbəbdən Upsilon şirkətinin 200.000 manatdan çox dövlətə qarşı borcu yaranmışdır. Beləliklə, dövlətin vəsaitini məqsədinə uyğun xərcləmədiyi üçün Amal Group qanunsuzluq etmişdir.

Artıq bununla bağlı rəsmi strukturlara Upsilon MMC rəhbərliyi tərəfindən müraciət olunmuşdur. Bu azmış kimi, şirkət digər bölgələrdə fəaliyyət göstərən istehsal müəssisələrinə və işə götürdüyü briqadalara da ödəmə etməmiş, "arxamda gücüm var" deyərək hər kəsə meydan oxumaqda, meydan sulamaqdadır. "Burda mənim Bağdadda kor xəlif?" məsələsi ilə davranan şirkət, bu günə qədər Upsilon şirkətinə yaranmış olan 2 milyona yaxın vəsaiti ödəməkdən boyun qaçırır.

Bu azmış kimi, Upsilon şirkətinə məxsus əmlakları mənimsəyən, özlərində faktiki girov saxlayan Amal Group rəhbəri Orxan İbrahimli nə qanun tanıyır, nə qayda. Yalnız hər bəhanə ilə ödəmə etməyən, başqa şirkətə məxsus avadanlığı mənimsəyən faktiki olaraq girov saxlayan və öz qaydalarına diqtə etdirməyə çalışan Orxan İbrahimli vəzifə səlahiyyətlərindən istifadə edərək nə müqavilə şərtinə əməl edir, nə də Upsilon MMC-yə məxsus əmlakları qaytarmaqdan imtina edir.

İndi sual olunur: dövlət vəsaitini məqsədinə uyğun xərcləməyən, tenderdən qazandığı pulu işi icra edən şirkətə ödəməyən, subpodratçının inventarlarını girov saxlayan və ya mənimsəyən bir şirkət, öz qanunsuzluqlarına necə haqq qazandıracaq və kimə güvənərək bu addımları atır?

P.S İstədiyiniz şəxslərə bu barədə rəsmi sübutları təqdim etməyə də hazıram.

Rəsad Quliyev: UPSILON MMC-nin səlahiyyətli nümayəndəsi

Xalqxeber.az olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

```
ÖNCEKİ HABER

Möylə Mirzəliyev iflic oldu, müalicəsi davam edir

SONRAKİ HABER

"Psixiatrik Ekspertizada Monitorinq Nəticələri"