Tovuz Rayon İcra Hakimiyyətində Narazılıqlar
Tovuz rayonunda İcra Hakimiyyətinin başçısı Məhmməd Məhmmədov, sakinlər arasında narazılıq yaradır. "Dia.az" saytı xəbər verir ki, artıq narazı sakinlər çarəsizlikdən son ümid yeri kimi ölkə Prezidentindən dəstək istəyirlər.
Sakinlərin "Dia.az"a ünvanladığı son müraciətdə belə deyilir: "Özünü Tovuzun xanı kimi aparan Məhmməd Məhmmədov doğrudan da Zəhər Saçır və "Zəhər Mamed" ayamasını boğazından almaya bilib. Bu gün Tovuzun yarısı onun və general qohumunun əlindədir. Kimsə nəsə danışsa, etiraz edə bilmir, dərhal şiddətlə cəzalanır."
"Zəhər Mamed" Tovuza gələn gündən bir dənə də olsun kənara artezian quyusu qazdırmayıb. Burada ancaq ona işləyir bütün artezianlar. Bütün Ceyran Çölünü zəbt edib, ancaq özü üçün işləyir. Tovuzun əkin sahələrinin 80%-i bu gün başçının və onun ətrafının nəzarətindədir. Qara camaat su tapıb həyatyani sahəsini beləcə suvara bilmir..."
"Zəhər Mamed" bizim tariximizdə Tovuza xeyir, abadlıq-quruculuq mənasında heç bir şey etməyən yeganə şəxsdir, yeganə icra başçisidir. Bunu hardan gətirdilər və niyə gətirdilər, bilmirik. Amma onu bilirik ki, respublikanın hər yerində irəliləyiş gedəndə Tovuzda yalnız geriləmə var. Dağılma gedir. Bizdə başçının işi-gücü narazılıq yaratmaqdır. Başqa rayonlarda narazılıq olananda icra başçısı qabağa düşür və vəziyyəti düzəldir. Elə qonşu Gödəbdə olduğu kimi. Bizdə isə narazılığı elə başçının özü yaradır."
Beləliklə, Tovuz rayonunun sakinləri Məhmməd Məhmmədovun rəhbərliyindən narazıdırlar və vəziyyətin dəyişməsi üçün Prezidentə müraciət edirlər. Onların şikayətləri, başçının çalışmadığı sahələrdə, xüsusilə əkinçilik və su təminatı ilə bağlı artmaqdadır. Cəmiyyətin narahatlığı, icra hakimiyyətinin icraatlarından narazılıqlarla bir daha ortaya çıxır. Sakinlər, bu vəziyyətin dəyişməsini və ədalətli bir fəaliyyətin həyata keçirilməsini gözləməkdədirlər.
Dia.az
```