Az?rbaycan, Avropa dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsini xarici siyasətinin prioritet istiqamətlərindən biri hesab edir. Son zamanlarda Rusiya-Ukrayna müharibəsi Avropanın enerji təhlükəsizliyinə ciddi təhdidlər yaratmışdır. Müharibənin başlamasından bu yana, Avropanın enerji bazarında təbii qazın qiyməti artıb. 2022-ci ilin dekabrında Avropa birjalarında təbii qazın qiyməti 30 faiz artaraq 1000 kubmetr üçün 560 dollardan 700 dollara yüksəlib.
2021-ci ilin iyul ayında Avropa İttifaqı ilə imzalanan müqavilə əsasında, Az?rbaycan 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracını 30 milyard kubmetrədək çatdıracağı gözlənilir. Hal-hazırda Avropanın 4 ölkəsində - Macaristan, Slovakiya, Çexiya, Avstriyada ciddi enerji problemi gözlənilir. Az?rbaycan, neft və təbii qazla zəngin olan bir ölkə olaraq, Qərb dövlətlərinin bazarlarına çıxmaq niyyətindədir.
Almaniya, Avropanın aparıcı dövləti olaraq Az?rbaycan üçün cəlbedici bir ölkədir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir, bunlarla yanaşı, tarixi kökləri də vardır. XIX əsrdə bir sıra alman ailələri Az?rbaycana köçmüş və burada üzümçülük və s?rabçılığın inkişafında mühüm rol oynamışdır. Hazırda Az?rbaycan dövləti və xalqı alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub saxlanılmasını təmin edir.
Az?rbaycan və Almaniya arasında siyasi əlaqələr hazırda da yüksək səviyyədədir, effektli dialoq mövcuddur. Bu səbəbdən, Berlin son illərdə Avropada Bakının ən vacib siyasi-iqtisadi tərəfdaşlarından birinə çevrilib. Eyni zamanda, Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan "Şərq Tərəfdaşlığı" təşəbbüsünün fəal müdafiəçisi və təsviqatçısıdır.
Az?rbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynaması, Avropa İttifaqı dövlətlərinin maraqlarını təmin edir. İki dövlət başçısının görüşlərindən sonra mətbuata verilən bəyanatlarda qeyd edilib ki, siyasi əlaqələrin inkişafı üçün əlavə tədbirlər görülməlidir. Ölkələr arasında siyasi dialoq dinamik xarakter almaqdadır.
Dövlətimizin başçısı qeyd edib ki, bu səyahət bizim əlaqələrimizə yeni müsbət təkan verəcək. Almaniya Prezidentinin Az?rbaycana bu səyahətinin çox müsbət nəticələrinin olacağına əminliyini vurğulayan dövlətimizin başçısı bildirib: "İkitərəfli münasibətlər tarixində bu, Almaniya Prezidentinin Az?rbaycana birinci rəsmi səyahətidir və əminəm ki, səyahətin yekunları ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir."
Dövlət başçısı, iqtisadi sahədə əldə edilmiş nəticələrin onları ruhlandırdığını qeyd edib. Bu ilin yanvar-fevral aylarında ticarət dövriyyələrinin təxminən üç dəfə artdığı bildirilir. İlham Əliyev, həmçinin bərpaolunan enerji sahəsində, Almaniya şirkətlərinin böyük təcrübəsi olduğunu qeyd edir və Az?rbaycanın da bu sahədə mühüm planları olduğunu vurğulayır: "Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilədək bərpaolunan enerji növlərinin istehsal gücünü 6 qiqavata çatdırmağı planlaşdırırıq."
Almaniya hər zaman Az?rbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Münaqişənin həllində obyektiv mövqedən çıxış edib. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Az?rbaycana rəsmi səfərində bu mövqeləri bir daha təsdiqləyib. O, bildirib ki, Qarabağ Az?rbaycandandır, bu, rəsmi Berlinin birbaşa və aydın mövqeyidir: "Biz həmişə demişik ki, bu, sizin (Az?rbaycan) ərazinizdir və bu gün Almaniyanın bu mövqeyini təsdiqləyirik."
Frank-Valter Ştaynmayer, eyni zamanda, Ermənistan ilə Az?rbaycan arasındakı sülh prosesinin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayır. Son bir il ərzində bu istiqamətdə atılan addımlara və əldə olunan irəliləyişlərə münasibətlə təbriklərini ifadə edib: "Razılaşmanın əldə olunması ilə bağlı mühüm an yetişib. Ümid edirəm ki, bu andan istifadə olunaraq sülh müqaviləsi imzalanacaq və sizin regionda davamlı sülh yaranacaq. Mən buna çox böyük ümidlər bəsləyirəm."
Almaniya Prezidenti, bu prosesdə lazımi dəstəyi verməyə hazır olduqlarını da əlavə edib.
Agar?him Baxisov - Dövlət İdarəçilik Akademiyası