Bu gün Azərbaycan beynəlxalq və ikitərəfli əməkdaşlıq coğrafiyasını genişləndirməkdədir. Ölkəmizin artan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri də Avropanın aparıcı ölkələri ilə yaxından münasibətlərin qurulmasıdır. Azərbaycanın inkişafı, onun beynəlxalq reputasiyasının artması, bir çox ölkələrin, o cümlədən Almaniyanın, Azərbaycana marağını artırmışdır.
Azərbaycanda Almaniya ilə münasibətlərin başlangıcı XIX əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildən etibarən Almaniyanın “Siemens qardaşları” firması Gədəbəy ərazisində yerləşən mis yataqlarında iri mis-çirkisiz zavodları inşa etmişdir. Bu zavodlar XX əsrin əvvəllərində Cənubi Qafqazda istehsal edilən misin 2/3 hissəsini təşkil edirdi. Bu, regionda iş imkanları yaratdı və yerli əhalinin maddi rifahını yüksəltməyə xidmət etdi.
Almaniya 1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanımış və diplomatik münasibətlər 1992-ci il fevralın 20-də qurulmuşdur. O vaxtdan bu günə qədər Azərbaycan ilə Almaniya arasındakı əlaqələr dinamik şəkildə inkişaf etməkdədir. Son illərdə müdafiə, siyasi təhlükəsizlik və terrorisma qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq həyata keçirilmişdir.
Almaniya, həmçinin dünya ölkələri arasında siyasi nüfuzu və güclü iqtisadiyyata malikdir. Bu baxımdan iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı Azərbaycan üçün maraqlı olmuşdur. Azərbaycan, Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşdır. Hal-hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. “Simens”, “Ferrosstal”, “Interselekt”, “Mercedes Benz” kimi tanınmış şirkətlər uğurlu biznes həyata keçirirlər.
Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 350-400 milyon avro təşkil edir. Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları idxal edilir.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib. 2023-cü il aprelin 2-də keçirilən görüşdə Prezident İlham Əliyev, Almaniya Prezidenti ilə birgə mətbuata açıqlama verərək, iqtisadi sahədə əldə edilmiş nəticələrin ruhlandırıcı olduğunu bildirib.
İlham Əliyev, həmçinin bərpa olunan enerji sahəsindəki planlarını vurğulayıb. O, xarici investorların sərmayəsi hesabına 2030-cu ilədək bərpa olunan enerji istehsal gücünü 6 qiqavata çatdırmağı hədəflədiklərini bildirib. Bu enerjinin bir hissəsinin Avropaya ixrac ediləcəyi qeyd edilib.
Almaniya prezidenti isə Qara Bağ məsələsinin Azərbaycan torpağı olduğunu, sülh prosesinin əhəmiyyətini diqqətə çatdırıb. O, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün müsbət bir zamanın yetişdiyini ifadə edib.
Göründüyü kimi, Azərbaycanın Almaniya ilə münasibətləri hazırda sürətli inkişaf dövrü yaşayır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Avropa üçün uzun müddət əhəmiyyətli tərəfdaş olmağa davam edəcək.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü