"Bakıda Lisenziyasız Kosmetoloq Problemi"

Bakıda və Sumqayıtda fəaliyyət göəstərən “Dr
Bakıda və Sumqayıtda fəaliyyət göstərən “Dr. cosmetolog Delya” Dilrübə Sətyarlıdan xəbər dərc olunmuşdur.

Heç bir lisenziyası və sertifikatı olmadan kosmetoloji tibbi fəaliyyəti göstərən "Dr. cosmetolog Delya" Dilrübə Sətyarlidan şikayət edən pasiyent K. Huseynzadəyə sosial hesablarda təhqir yazılır. Özünün tanıdığı adamlar tərəfindən sosial hesablarda təriflər yağdıran "Dr. cosmetolog Delya" Dilrübə Sətyarlı, əməlindən nöqsanları düzəltməkdənsə, pasiyentin zərərini ödəyib öz yaratdığı qüsuru aradan qaldırmaqdan çəkinərək, qanunsuz fəaliyyətini davam etdirir.

Dr. Cosmetolog Delya, necə sertifikasiyadan keçmədən bütün kosmetoloji prosedurları, hətta inyeksiya həyata keçirir? Belə ki, redaksiyamıza müraciət edən K. Hüseynzadə bildirib ki, İzmirdəki klinikada ötən il onun yanında olub, 450 manat ödəyib (250 manat naqd, 200 manat isə yoldaşı kartla göndərib). O, üzünü pis hala saldığı üçün başqa kosmetoloqa müraciət etməli olub; Delyanın üzündə yaratdığı qüsurları digər kosmetoloq düzəldib.

Bununla bağlı "Dr. cosmetolog Delya" Dilrübə Sətyarlıyla əməkdaşımız əlaqə saxlayıb münasibət öyrənmək istəsə də, cavabında "mən bilmirəm o kimdir, getsin hara istəyir şikayət etsin" demişdir. Tibbi təhsil və tibbi sertifikatınız varmı sualına isə cavab verməkdən imtina etmişdir.

Araşdırmalarımız nəticəsində özünü həkim kimi təqdim edən kosmetoloq (Dr. cosmetolog Delya) Dilrübə Sətyarlının Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibbi təhsil olması barədə məlumat yoxdur; həmçinin, sertifikasiyası haqqında məlumat da mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni, o, heç bir tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyəti göstərir.

Qeyd edək ki, XALQ.AZ -a Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə xüsusi tibbi xidmət lisenziyası tələb olunur. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiliyə aid olmayan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ kosmetologiya (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları və müalicəvi masaj üsulları, plazmolifting və digər prosedurlar aiddir.

Bu tibb müəssisələrində praktik tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatoveneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasiyentin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirilir. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər. Bu halda, araşdırma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barəsində qərar qəbul edilir.

Məlumat üçün bildirək ki, lisenziyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görünüşlər var ki, qanunsuz dolgu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksiya prosedurları, hətta qanunsuz tələbə hazırlığı həyata keçirir. Hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji preparatlarının istifadəsi ilə bağlı məlumatlar var.

Qeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalardan yayılmaq üçün artıq qanunsuz fəaliyyət göstərən "ixtisaslaşmış həkimlər" və "kosmetoloqlar" sosial hesablarını bağlayıb bir müddət gizli fəaliyyət göstərirlər.

Araşdırmalarımı davam edir. (xalq.az)

ÖNCEKİ HABER

"AzDrama'da 20 Yanvar İddialarıyla Gərginlik"

SONRAKİ HABER

Beyl?qan küçələrində asfalt problemi narahatlıq yaradır