"AzDrama'da 20 Yanvar İddialarıyla Gərginlik"

Bir müddətdir Akademik Milli Dram Teatrının (AzDrama) bədii rəhbəri Mehriban Ələkbərzadə ilə aktrisa Məlahət Abbasova arasında davam edən qalmaqala həmkarları Məsmə Aslanqızı da qoşulub
```html

Bir müddətdir Akademik Milli Dram Teatrının (AzDrama) bədii rəhbəri Mehriban Ələkbərzadə ilə aktrisa Məsmə Aslanqızı arasında davam edən qalmaqala Məsmə Aslanqızı da qoşulub.

İmkandar artist, 20 Yanvar şəhid Aslan Agaverdiyevin qızı Məsmə Aslanqızı sosial şəbəkədəki paylaşımında M. Ələkbərzadə ilə görüsdüyünü bildirib. O, "Azdrama" rəhbərinin görüşdə "20 Yanvar var? Qurtardı 20 Yanvar söhbəti! 20 Yanvar şəhidləri dəbdə deyil!" kimi sözlər işlətdiyini iddia edib.

Daha öncə müsahibələrinin birində Mehriban Ələkbərzadənin ünvanına “O, öz yalnızlığının, uğursuzluğunun intiqamini sənət adamlarından alır” deyərək yeni qalmaqala səbəb olan Məlahat Abbasova sosial şəbəkə hesabında M. Aslanqızına dəstək nümayiş etdirib. Baş verənləri teatr adına “qara ləkə” adlandıran aktrisa Ələkbərzadəni şəhid ailələrindən üzr istəməyə və istefa verməyə çağırıb: “Canım Məsm?, atan şəhid Aslan Agaverdiyev başda olmaqla 20 yanvar günü vəhşicəsinə öldürülən 143 şəhidimiz, vətənimizin torpaqları üçün Canlarını fəda edən, doğma bibim oğlu və yaxınlarımın da şəhid olduğu bütün Qarabağ şəhidlərinə Allahdan rəhmət, qazilərimizə isə şifa diləyirəm.”

“Azdrama”nın bədii rəhbəri Mehriban Ələkbərzadənin şəhidlərimizin ruhunu belə tərbiyəsizcəsinə təhqir etməsi qəbul edilməzdir. Layiq olmadığı vəzifəsindən istefa verərək milli teatrımızda, bundan əvvəl çalışdığı Yug, Gəncə Tamaşaçılar teatrlarında sənət dostlarına repressiya dövrünü yaşayan, kimlərinsə adından istifad edərək hədələyən, söyən, qısqanan (illər əvvəl onun kişi söyüşlərinə cavab verən kişi aktyorumuzu təhdid etdirmişdi) birinin milli teatrımızın rəhbərliyində olması teatr adına qara ləkə, utandırıcı vəziyyətdir.

30 ilini, canını teatra qoyan, kiçik bir dəstəyin üçün yanına gələn sənət adamına qısqırmaq, təhqir etmək, telefonunu alıb "sosimi yazmağa gəlmisən?" - deyib yerə çırpmaq bir teatr rəhbərinə yaraşarmı?

Üstəlik, şəhidlərimizə dil uzadırsan. Kimsən sən? 20 Yanvar faciəsi şəhidlərinə dil uzatmaq sənin həddin deyil! Teatrımız dövlətindir. Sənət insanları sənin kölən deyil. Uşaqlıq travmalarının günahkarı onlar deyil. İnanıb səni o vəzifəyə gətirənləri pis vəziyyətdə qoymağa haqqın yoxdur. Başda Ali Baş Komandanımız olmaqla, 20 Yanvar faciəsi, Qarabağ şəhid ailələrindən, qazilərimizdən, dövlətimizdən, xalqımızdan, otağında təhqir etdiyin Məsmə Aslanqızından üzr istəməlisən.”

M. Ələkbərzadə isə sosial şəbəkə hesabında M. Aslanqızının dediklərini təkzib edərək, aktrisanın ondan ev tələb etdiyini söyləyib: “Mütəmadi olaraq teatrda sözü olan, istəyi, yaxud xüsusi xahisi olan aktyorlar rəhbərliyə müraciət edir, arzularını bildirirlər, bu, normaldır. Belə bir vəziyyət Məsmə Aslanqızı ilə də oldu. Qəbuluma gələrkən bildirdi ki, çox çətin vəziyyətdədir. Evi müsadirə ilə əlindən çıxıb (bu mövzu şəhid ailəsinə yaramayan əmilin nəticəsidir deyə açıqla miram). Dedi ki, sizdən ev istəyirəm, teatr məni evlə təmin etməlidir. İzah etdim ki, mənim ev verə bilmək səlahiyyətim yoxdur. Dedi ki, o zaman 20 Yanvar şəhidinin qızı kimi məni ev verdirin, siz məsələni həll etməlisiniz. Təkid etdi.

Bütün dediklərə bir daha münasibət bildirərək yenə də bəyan etdim və edirəm: Hətta 20 Yanvar şəhidinin qızı olsa belə, mən teatrın bədii rəhbəri kimi ev məsələsini həll edə bilmirəm. Ev məsələsini başqa qurumlar həll edir. Biz də məhz şəhid qızı olduğu üçün onu Prezident mükafatı siyahısına salmışıq, bir dəstək kimi. Amma bu ona yetərli deyil deyə belə həqiqətə uyğun olmayan və təhqirdən çəkinməyən ifadələr işlədilir.

O ki qaldı, mənim vətəndaşlıq mövqeyim?... Az-çox yaradıcılarımla tanış olan, məni tanıyan hər kəs bilir ki, milli-mənəvi dəyərlərimiz naminə maarifçilik işinin, böyük zəfərimiz naminə "Qalibəyi qadr davamı var" silsilə hərbi vətənpərvərlik mövzusunda müəllif proqramlarının yaradıcısıyam. Yetərincə məhz vətənpərvərlik ruhuna xidmət edən fəaliyyətim var ki, onlar bizim ərazi bütövlüyümüz uğrunda savaşlardan, Vətən yolunda şəhid olan insanlardan bəhs edirdi.

İn azı sözlərimin izahı üçün arxivlər var! Azərbaycan xalqının qəhrəmanlıq tarixi, mübarizəsi həsr edilmiş, bu yolda canını və qanını fəda etmiş insanların xatirəsinə ithaf edilmiş 50-dən çox müəllif filmlərim, araşdırmalarım var. Heç kim mənim vətəndaşlıq mövqeyimə ləkə gətirə bilməz. Çünki buna əsas və fakt yoxdur.

```
ÖNCEKİ HABER

"Əlillik üçün şok prosedurlar: xəstəlikdə biyabirçilik!"

SONRAKİ HABER

"Bakıda Lisenziyasız Kosmetoloq Problemi"