Qarasu Sirk?tində İşçilərin Haqlarına Təcavüz!

Qarasu Əməliyyat Şirkətinin onlarla əməkdaşı Prezident Administrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək, 2009-cu ildən bu günə qədər kəsilmiş əmək haqları və sosial təminatlarla bağlı şikayətlərini çatdırıblar

Qarasu İqtisadiyyatı ilə bağlı iddialar

Qarasu İqtisadiyyat Sirkətinin işçiləri, Prezident Administrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək, 2009-cu ildən bu günə qədər kəsilmiş əmək haqları və sosial təminatlarla bağlı şikayətlərini çatdırıblar. İşçilərin bildirdiyinə görə, illərlə susdurulan haqsızlıqlara qarşı artıq səslərini ucaltmaq qərarına gəliblər.

Lakin verilən məlumata əsasən, onların müraciətləri araşdırılmaq üçün yerinə komissiya göndərilmək əvəzinə, birbaşa Qarasu İqtisadiyyat Sirkətinin rəhbərliyinə yönləndirilmişdir. Bu isə işçilərin vəziyyətini daha da ağırlaşdırıb.

“Şikayətlərimiz bizi təzyiq altında qoyur”

İşçilər iddia edirlər ki, rəhbərlik onların şikayət etmələrinə görə ayrı-ayrılıqda çağıraraq təzyiqlər göstərir, hədəd-qorxu gəlir və işdən çıxarılmaqla hədələnirlər. “Biz sadəcə illərlə aldığımız maaşların kəsilən hissəsinin bərpasını istəyirik. Bu bizim hüququmuzdur. Amma indi hüququnu tələb edən işçi təhdid altına düşür,” - deyə müraciətçilər bildirirlər.

İşçilərin sözlərinə görə, dövlət qurumlarının məsələyə yerində araşdırmaq əvəzinə şikayət məktublarını şirkətə yönəltməsi, onları rəhbərlik tərəfindən hədəfə çevirir. İşçilər hesab edirlər ki, bu cür yanaşma həm hüquqi, həm də etik baxımdan yolverilməzdir.

Kollektiv ictimai dəstək istəyir

Redaksiyamıza ünvanlanan kollektiv müraciətdə bildirilir ki, Qarasu İqtisadiyyatı ilə bağlı baş verən bu hallar təkcə bu müəssisə ilə məhdudlaşmır, ümumilikdə işçi hüquqlarının necə qorunduğunu bir daha gündəmə gətirir. Onlar ictimaiyyəti bu məsələyə biganə qalmamağa, müvafiq qurumları isə hadisəni obyektiv və şəffaf şəkildə araşdırmağa çağırırlar.

Qeyd edək ki, məsələyə bağlı aidiyyəti qurumların da mövqeyini dərc etməyə hazırıq.

ÖNCEKİ HABER

"Xanlar Vəliyev Konstitusiya Məhkəməsinə Təyin Olundu"

SONRAKİ HABER

"Qarasu Sirkətində İşçilərin Haqları Təhqir olunur"