Azərbaycanda fəaliyyət göstərən əksər məmurların bizneslə məşğul olması heç kimə sirr deyil. Aylıq vəzifə maaşları 1000-1500 manat arasında olan məmurların sahib olduqları yüz min, bəzən isə milyonlarla ölçülən obyektlərin hansı vəsaitlə əldə etmələri ölkə ictimaiyyətini hər zaman düşündürüb.
DOSYE.ORG saytının araşdırması zamanı məlum oldu ki, obyektə sahib olan məmurlardan biri də Qəbələ rayon Olimpiya İdman Kompleksinin direktoru Sahismayil Bayramovdur.

Qəbələ şəhəri, T. Sirinov küçəsində obyekt tikdirən Sahismayil Bayramovun tikdirdiyi obyektin ümumi sahəsi 150 kvadrat metrə yaxındır. Hazırkı bazar qiyməti isə 200 min manata yaxındır.
Olimpiya İdman Kompleksinin direktoru Sahismayil Bayramovun obyekti hansı vəsaitlə inşa etdirməsi xeyli suallar yaradır.
İldə etdiyimiz digər ilginc məlumatda isə Sahismayil Bayramovun sabiq Vergilər naziri Fazil Məmmədovun kadrı olduğu bildirilir. Belə ki, Fazil Məmmədovun nazir işlədiyi dövrlərdə Sahismayil Bayramov 10 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb.
Bu vəziyyət sosial ədalətsizlik və korrupsiya məsələlərini gündəmə gətirir. Məmurların aldıqları maaşlarla sahibi olduqları əmlaklar arasındakı fərq cəmiyyətin narazılığına səbəb olur. Ölkədəki işsizlik, iqtisadi çətinliklər və dövlət büdcəsinin məhdud imkanları fonunda, belə misallar insanların məmurlara olan etibarını azaldır.
Beləliklə, Azərbaycanda məmurların bizneslə məşğul olması və vəzifələrini istifadə edərək mənfi halların meydana çıxması məsələləri ictimai müzakirələrdə aktuallığını qoruyub saxlayır. Hər bir məmurun iqtisadi fəaliyyətlərinin şəffaflığı və hüquqi normalara uyğunluğu, cəmiyyətin güvənini artırmağa yönəlmiş tədbirlər tələb edir.