Ekspertin öz verdiyi rəyin təkzib edilməsi qalmaqala səbəb olub. Oxu24.com saytına Azəbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin baş direktoru, professor İdalət Həsənov və həmin qurumun hazırda Komisyon Ekspertizalar şöbəsinin rəsi Cavid Cahangirli haqqında maraqlı məlumatlar daxil olub.
Məlumata görə, Cavid Cahangirli 2015-ci ildən Bakı Şəhər Prokurorluğunda M.S.M. adlı şəxs barəsində aparılan istintaq araşdırması dövründə tibbi ekspert kimi onun qırx min manat almaqla istintaqa cəlb edilməmək şərti ilə ağır (xroniki pankreatit, qaraciyərin polikistozu və xroniki hepatit) xəstəliyinin daşıyıcısı olduğuna dair 174/KES nömrəli, 27 May 2016-cı il tarixli tibbi-ekspert rəyi verib.
Dərhal onun barəsində açılmış cinayət işinin təkibi həmin tibbi rəy əsasında dayandırılıb. Lakin 2017-ci ilin sentyabr ayında cinayət işi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsindən alınaraq araşdırılması üçün Bakı Şəhər Prokurorluğunun istintaq idarəsinin müstəntiqi Zöhrab Səməndovun icraatına verilib.
Özünün şikayətçi dediyi sözlərinə görə, Bakı Şəhər Prokurorluğunun təkisinə dözə bilməyən Cavid Cahangirli M.S.M.-nin müalicəsinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Mərkəzləşdirilmiş Xəstəxanasında davam etdirilə biləcəyinə dair (öz verdiyi rəyin ləğv edilməsini) 276/KES nömrəli, 06 sentyabr 2017-ci il tarixdə yeni tibbi rəy verib.
Cavid Cahangirli M.S.M.-a baş verənlərin səbəbini aldığı qırx min manatın beş min manatını qaytararaq belə izah edib ki, onun barəsində istintaqı təkid edən Bakı Şəhər Prokurorluğu israrla verdiyi tibbi rəyin ləğv edilməsini tələb etdiyi üçün belə addım atıb. O, qalan pulların baş direktor İdalət Həsənov, şöbə rəsi Ziyafəddin Məmmədov və digər tibbi ekspert Rafiq Nuriyev arasında paylandığını söyləyib və 10 gün ərzində həmin şəxslərdən qalan pulları alıb qaytaracağına söz verib.
Aralarındakı söhbətdən üç gün sonra M.S.M. istintaq orqanı tərəfindən həbs edilib. M.S.M.-in yaxın adamları onun sifarişi ilə Cavid Cahangirlidən qalan pulları tələb etsə də, o, ümumilikdə, tələbkarı tanımadığını, aralarında belə bir şey olmadığını bildirib. Həbs yerində M.S.M. dəfələrlə verdiyi pulların qalan hissəsini tələb etməkdən ötrü zəng etsə də, Cavid Cahangirli onun zənglərini cavabsız qoyub.
Məcburiyyət qarşısında qalan iddiaçı Cavid Cahangirlinin qanunsuz hərəkətlərindən Baş Prokurorluğa şikayət ünvanlayıb. Cavid Cahangirli bundan sonra istintaqa cəlb olunub. İstintaq zamanı çoxsaylı şahid ifadələri alınmış, sorgular verilmiş, müvafiq ekspertizalar təyin edilmişdir. Hadisənin baş verdiyi ərzində iddiaçının və MTE və PA Birliyinin tibbi eksperti Cavid Cahangirlinin istifadə etdiyi mobil telefon nömrələrindən çıxarışlar edilib, üzləşmə və digər zəruri istintaq hərəkətləri aparılmışdır.
Şikayət əsasında tibbi ekspert Cavid Cahangirli barəsində toplanmış materiallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 309.1-ci maddələri ilə başlanmış 190206051 nömrəli cinayət işinə əlavə edilmişdir. Oxu24.com araşdırma aparan zaman bir sıra maraqlı nüanslar ortaya çıxıb. Məlum olub ki, baş direktor İdalət Həsənov Baş Prokurorluğun barəsində araşdırma apardığı şəxsi – yəni adı tibbi ekspert Cavid Cahangirlinin səlahiyyətlərini məhdudlaşdırmaq əvəzində, aqibəti bəlli olmayan qalmaqaldan sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinə məhəl qoymadan onu daha yüksək vəzifəyə - komisyon ekspertizalar şöbəsinə rəyis təyin edib.
Mövcud təyinatin Cavid Cahangirlinin hansı müsbət göstəricisinə görə olduğunu öyrənmək üçün “MTE və PAB” phs-nin baş direktoru, professor İdalət Həsənov KİV haqqında qanun tələblərini pozaraq sorgumuzu cavabsız qoydu.
```