Zaman-zaman rayon-səhər icra hakimiyyəti orqanları başçılarının qanunsuzluqlarına və digər korrupsioner əməllərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülsə də, bu, Binqədi Rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyev üçün əhəmiyyət daşımır. Belə ki, rayonun Sulutəpə qəsəbəsində yaşayan və işləyən bir qrup sahibkar redaksiyamıza müraciət edərək icra başçısının onların başına açdığı oyundan danışıblar.
Qəsəbənin Xocalı prospektində onlara məxsus mağazalar və digər ictimai iaşə obyektlərinin olduğunu vurgulayan sahibkarlar deyirlər ki, icra başçısı obyektlərin qarşısındakı reklam lövhələrinin və fasad üzlüklərinin dəyişdirməsini tələb edir: "Halbu ki, həm reklamlar, həm də üzlüklər vizual olaraq yaxşıdır. Bir neçə zamandır ki, icra başçısının adından gəlir deyirlər ki, fasad üzlükləri və reklamlari dəyişdirin. Bütün mağazalar demək olar ki, öz fasadlarını keyfiyyətli keramoqranitlə, yaxud da ağlay üzlüklə üzləyib."
Sahibkarlar, icra hakimiyyətinin işçilərinin onlara bildirdiklərini qeyd edərək deyirlər: "Hər yerdə bir söz deyilir. Bildirilir ki, bunu sökün, biz sizə firma deyəcəyik, oradan alın. Eyni sözləri də reklamlara bağlı deyirlər. Prinsipcə buna razılaşanlar olur. Amma icra hakimiyyətinin işçiləri deyir ki, reklamlara bir kvadrat metr üçün bizim dediyimiz firmaya 90 manat ödəyin. Fasadların rənglənməsi üçün isə 1 kvadrat metrə görə 15 manat istəyirlər. Bunları özümüz onların dediyi qiymətdən 2-3 dəfə aşağı edə bilirik. Amma tələb qoyulur ki, biz deyin firmalarla etməlisiniz."
Kasıb adamlarıq, ailələrimizi çətinliklə saxlayırıq. Mediadan xahiş edirik ki, bu problemi ictimailəşdirəsiniz, bəlkə, Elxan Allahverdiyə "dur" deyən tapılsın.
Məsələ ilə bağlı icra başçısının rəsmi (012) 5622120 və icra hakimiyyətinin (012) 5628588 nömrələrinə zəng etsək də, telefonların dəstəyi qaldıran olmadı. Bu göstərir ki, icra başçısının öz vəzifəsindəki qeyri-qanuni əməlləri ilə bağlı cəmiyyətin narahatlığını ciddi şəkildə nəzərə almır. Sahibkarların müraciətləri, əslində, yerli icra hakimiyyətinin fəaliyyətindəki problemlərə və insanlarımızın gündəlik yaşamını necə çətinləşdirdiyinə işarə edir.
İcra hakimiyyətinin müəmmalı fəaliyyəti və sahibkarların üzləşdiyi hüquqi və iqtisadi çətinliklər, ölkənin inkişafı və insan haqları məsələlərinə fundamental təsir edə bilər. Bu cür neqativ hallara son qoyulması, hüquqi sahibkarlıq mühitinin yaradılması və icra hakimiyyətinin fəaliyyətinin şəffaflaşdırılması zəruridir.